Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Səfir müxalifətin əleyhinə çıxdı

Əli Bilgə Cankorel: "Nə aksiyaçılar, nə də polis tərəfindən şiddət müşahidə olunub"

ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel müxalifətin keçirdiyi aksiyalara münasibətini açıqlayıb. 

Simsar.az -ın məlumatına görə, səfir bildirib ki, onlar indiyə qədər keçirilən aksiyalarda zor tətbiq edilməsi, şiddət hallarını müşahidə etməyiblər: “Nə aksiyaçılar, nə də polis tərəfindən şiddət müşahidə olunub. Ancaq biz istərdik ki, aksiyalar zamanı həbslər olmasın. Azərbaycanda iqtidarla müxalifət arasında dialoqun olması vacibdir. Dialoqun aparılması və hər kəsi qane edə biləcək yolun tapılması vacibdir”.

Səfir bildirib ki, aksiyalar zamanı zor tətbiq etməkdən imtina olunmalıdır: “İfadə azadlığının təmin olunması üçün bütün imkanlardan istifadə edilməlidir. Tərəflər dialoq vasitəsilə, ifadə azadlığının necə təmin olunması barədə ortaq qərara gəlməlidirlər. Bu cür məsələlər qarşıdurma yox, dialoq mövzusu olmalıdır. Yalnız bir tərəfin dediyinə xüsusi önəm verilməməlidir. Hər iki tərəfin fikirləri nəzərə alınaraq, ortaq mövqe seçilməlidir”.






15 Aprel, 2011  17:12 Baxılıb: 1279 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner