Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Universitet qrantı”nda iştirak edəcək müəssisələr – SİYAHI

“Universitet qrantı” müsabiqəsində iştirak edəcək ali təhsil müəssisələrinin adları açıqlanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi müsabiqəyə Təhsil Nazirliyi təşkilati dəstək göstərir.Təhsil Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, yeni formatlı müsabiqənin (www.sdf.gov.az) təşkilində məqsəd ölkənin bir sıra ali təhsil müəssisələrində aparılan elmi araşdırma və tədqiqatlarla bağlı layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsidir. Müsabiqəyə ilk növbədə aşağıdakı ali təhsil müəssisələrindən təqdim olunmuş layihələr maliyyələşdiriləcək:

 

Azərbaycan Dövlət Neft Akademiyası;

Azərbaycan Tibb Universiteti;

Azərbaycan Dövlət Aqrar Universiteti;

Azərbaycan Dövlət İqtisad Universiteti;

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.

 

Müsabiqəyə sənəd qəbulu 1 ay davam edəcək. Nəzərdə tutulan ali təhsil müəssisələrindən layihələr daxil olmadıqda və ya ilkin mərhələdən keçmədikdə, digər ali təhsil müəssisələrinin layihələri maliyyələşdiriləcək. Müsabiqənin nəticələrinin 2015-ci ilin 1-ci rübündə açıqlanması planlaşdırılır. Bu müddət ərzində qrant iddiaçılarına müvafiq seminarların keçirilməsi nəzərdə tutulub.

Elmin İnkişafı Fondu tərəfindən müsabiqə üzrə maliyyələşdirmənin ümumi həcmi 910 000 manatdır.

Aysel Kərimova

 






4 Noyabr, 2014  17:01 Baxılıb: 690 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner