Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycan XVII "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası"nda

İtaliya Respublikasının Paestum şəhərində keçirilən və Azərbaycan Respublikasının "rəsmi qonaq ölkə" statusu ilə iştirak etdiyi XVII "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası" (XVII "La Borsa Mediterranea del Turismo Archeologico" - www.borsaturismoarcheologico.it) çərçivəsində ölkəmizin arxeoloji irsinə dair hazırlanmış kitabların və multimediya məhsullarının təqdimat mərasimi təşkil edilib.

Simsar.az xəbər verir ki, tədbirdə İtalyan və İngilis dillərində çapdan çıxmış "Azərbaycan arxeologiyası" almanaxının, 4 növdə ("Orta əsr Şəmkir şəhəri", "Orta əsr Ağsu şəhəri", "Göytəpə neoloit kəndi" və "Qədim Qəbələ yaşayış yeri") virtual turların daxil olduğu multimediya məhsullarının, eləcə də "İrs-Patimonio" jurnalının İtalyan dilində olan xüsusi buraxılışının təqdimatı həyata keçirilib.

Təqdimat mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru xanım Maisə Rəhimova, həmin İnstitutun professoru cənab Abbas Seyidov, "İrs-Patrimonio" jurnalının baş redaktoru cənab Musa Mərcanlı, "İçərişəhər" Dövlət tarix-memarlıq qoruğu İdarəsinin sektor müdiri cənab Kamil İbrahimov, "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri cənab Fariz Xəlilli, "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası"nın baş kuratoru xanım Rozella Pikarelli, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı xanım Yasemin Cam, Xorvatiya Respublikasının Milli Turizm Şurasının əməkdaşı cənab Zoran Makaroviç, İtaliyanın Kalabriya Universitetinin Arxeologiya fakültəsinin dekanı cənab Andreya Ruffola və Milan Politexnik Universitetinin professoru cənab Luici Skrinzi çıxış edərək hazırlanmış məhsulların Azərbaycanın arxeoloji irsinin tanıdılması istiqamətində mühüm vəsaitlər olduğunu qeyd edib.

Günel







4 Noyabr, 2014  16:40 Baxılıb: 1047 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner