Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Millət vəkili Sakaryada kitab təqdimatı etdi – FOTOLAR

Sakaryada millət vəkili Qənirə Paşayevanın kitablarının təqdimatı və imzalanması olub.

Sakarya Universitetində millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın kitablarının təqdimat-imzalanma mərasimi keçirilib. Təqdimat-imzalanma mərasimində millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu  “ Məndən sonra…”, “Səndən sonra…”, “ O…” “Qənirə Paşayeva  ilə  addım-addım  Türk dünyası”  və digər kitabları təqdim olunub.  Millət vəkili Qənirə Paşayeva kitablarının qardaş Türkiyənin Sakarya  universitetində təqdimat-imzalanma mərasiminin keçirilməsindən çox məmnun olduğunu deyib və ona dəyərli gənc oxucularla belə gözəl bir görüş imkanı yaratdıqları üçün universitetin rəhbərliyinə təşəkkür edərək   kitablarının nüsxələrini universitetin rəhbərliyinə  və kitabxanasına da  hədiyyə edib.  Giresun Universitetində təşkil edilən təqdimat-imza mərasimində iştirak edən  kitabsevərlər,  oxucular, gənclər  müəllifin imzası ilə kitablar əldə ediblər. Tələbələrlə yanaşı Universitetin professor və müəllim heyəti də sevdikləri kitabları müəllifin imzası iləəldə ediblər. Kitablarla bərabər Qənirə Paşayevanın şeirlərinə bəstələnmiş mahnılardan ibarət 5 musiqi albomu da musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb vəimzalanmada iştirak edən bəzi gənclər  müəllifin imzası ilə albomları da əldə edə biliblər.  Millət vəkili imza mərasiminə qatılan çoxlu sayda azərbaycanlı tələbələrlə də görüşüb və onlarla  söhbət edib. Müəllif kitabsevərlərlə xatirə şəkilləri də çəkdirib. Millət vəkili Qənirə Paşayeva biıldirib ki, yaxın günlərdə onun Türkiyədə  Türkiyə türkcəsində “Yitirdiyim mutluluk” və “Yalnızlık alın yazımdır” adlı iki kitabı çıxacaq və Sakaryada gənclərə söz verib ki, mütləq həmin kitabların da təqdimat və imzalanmasının Sakaryada da olmasına çalışacaq və imzası ilə onlara hədiyyə edəcək. Millət vəkili  Qənirə Paşayeva Sakaryada  oxucular tərəfindən bu cür gözəl münasibətə cavab olaraq onlara söz  verib ki, yaxın zamanlarda nəşr olunacaq “Qənirə Paşayeva ilə Türk Dünyası” kitabının növbəti hissəsində Sakarya ilə bağlı  da çox geniş yazısı da öz əksini tapacaq və  Azərbaycanlı oxuyucular bu gözəl bölgəni, onun gözəl insanlarını daha yaxından tanıyacaqlar. İnanıram ki, o kitabı oxuyan hər kəs  mütləq Sakaryanı daha yaxından tanıyacaq. Sakaryanın  qəlbimdə özəl bir yeri var və yeni kitabımda Sakaryaya  xüsusi yer ayırmam mənim ona sevgimin bir örnəyidir. Sakaryalı  oxuyucular bu xəbəri gözəl duyğularla qarşılayaraq həmin kitabı maraqla gözləyəcəklərini deyiblər.

 

Simsar.az

 






4 Noyabr, 2014  16:13 Baxılıb: 937 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner