Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Ayşa Rau: “Məqsədimiz universal teatr dilini uşaqlara öyrətməkdir”

III Beynəlxalq Teatr Konfransında iştirak etmək üçün ölkəmizə gələn Hindistan Beynəlxalq Uşaq Teatrları Festivalının rəhbəri Ayşa Rau Azərbaycanı çox sevdiyini bildirib:

“Bu mənim Azərbaycana ilk gəlişimdir. Sizin insanların pozitiv əhval-ruhiyyəsi məni heyran edib ”. Ayşa Rau Beynəlxalq Konfransın xalqların mədəniyyətlərinin bir-birinə inteqrasiyası baxımından əhəmiyyətli olduğunu  deyib: “Teatrın əhəmiyyəti barədə bir şey deyə bilərəm. Teatr universal bir mövzudur. Məsələn mən Azərbaycan və rus dillərini bilmirəm. Ancaq hər iki dildə izlədiyim tamaşanı mütləq anlaya bilirəm. Biz hər il Cənubi Hindistanda Beynəlxalq Festival keçirdirik. Hər il bu festivalda fərqli dildə danışan xalqlar iştirak edir. Bizim məqsədimiz universal teatr dilini uşaqlara öyrətməkdir. Əgər biz universal teatr dilini uşaqlara öyrədə bilsək bütün dünya bir-birini anlayacaq və dünyada sülh bərqərar olacaq. Festivala dəvət almazdan əvvəl Azərbaycan haqqında heç bir məlumatım yox idi. Sizin ölkəniz, paytaxtınız çox gözəldir. Ümid edirəm ki, bundan sonra Azərbaycan-Hindistan arasındakı mədəni əlaqələr daha da inkişaf edəcək. Mən çox istərdim ki, bizim uşaqlar Azərbaycan Beynəlxalq Uşaq Teatrları Festivalında iştirak etsinlər və Azərbaycanı tanısınlar”.

Günel







4 Noyabr, 2014  14:35 Baxılıb: 1173 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner