Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezident Asiya İnkişaf Bankının rəhbərini qəbul etdi

Azərbaycan prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Simsar.az-ın məlumatına görə, dövlət başçısı Azərbaycanla Asiya İnkişaf Bankı arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq icra olunan layihələrin ölkəmizin iqtisadi inkişafı, o cümlədən müasir infrastrukturun yaradılması işinə töhfə verdiyini qeyd edib.

Prezident İ. Əliyev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 2015-ci ildə Bakıda keçiriləcək 48-ci illik toplantısının beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsi, ölkəmizin dünyaya yüksək səviyyədə təqdim olunması, Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri ilə daha yaxından tanış olmaq baxımından əhəmiyyətini qeyd ediv. Dövlət başçısı Asiya İnkişaf Bankı ilə əməkdaşlığın bundan sonra da genişləndiriləcəyinə əminliyini bildirib.

T. Nakao isə Bakıda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirib. O, gələn il Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının Azərbaycanda keçiriləcək 48-ci illik toplantısının əhəmiyyətinə toxunaraq ölkəmizdə bu tədbirin yüksək səviyyədə təşkil olunacağına, xeyli sayda ölkənin dövlət və özəl sektorunun nümayəndələrinin bu toplantıda təmsil olunacağına əminliyini vurğulayıb.






4 Noyabr, 2014  14:18 Baxılıb: 709 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner