Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Yüzdən artıq teatr xadimi Bakıda - FOTO

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi,Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə III Beynəlxalq Teatr Konfransına start verilib.

Simsar.az xəbər verir ki, “Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri” mövzusunda III Beynəlxalq Teatr Konfransına həsr olunan mətbuat konfransı keçirilib.

“Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanda keçirilən bu forma dünyanın 50-dən çox ölkədən 110-a yaxın qonaq dəvət olunub”.

Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev konfransada çıxış edib. O,Beynəlxalq Teatr Konfransının keçirilməsinin Azərbaycan teatrın, ümumilikdə mədəniyyətinin dünyada geniş şəkildə tanıdılmasımda mühüm rol oynadığını diqqətə çatdırıb: “ Bu müddət ərzində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ASSİTEJ-ə, Azərbaycan Dövlət Kukla Teatrı UNİMA-ya, Azərbaycan Dövlət Musiqili Teatrı MTBA-ya, professorlar Məryəm Əlizadə və İsrafil İsrafilov Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasına üzv seçililiblər”.

Artıq ənənə halını alan beynəlxalq tədbirdə bu il həm qonaqların sayı, həm də müzakirə olunacaq mövzuların əhatə dairəsinə görə fərqlənəcəyini qeyd edən Ə. Vəliyev, Beynəlxalq konfrans çərçivəsində tanınmış teatr xadimlərinin iştirakı ilə  treninqlərin, master klassların və görüşlərin keçiriləcəyini də vurğulayıb.

Konfransda , Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət, Hindistandan Beynəlxalq Uşaq Teatrları Festivalının rəhbəri Ayşa Rau, ABŞ-dan teatr rəssamı İosif Usupov və başqaları iştirak ediblər.

Beynəlxalq Uşaq Teatrları Festivalının rəhbəri Ayşa Rau qeyd edib ki, tədbirdə iştirak etməkdə məqsədi Azərbaycan teatrı ilə yaxından tanış olmaqdır: “Mənim üçün Azərbaycana gəlmək, belə nüfuzlu tədbirdə iştirak etmək xoşdur.  Mən bu festivala dəvət almayana qədər Azərbaycan haqqında heç bir təsəvvürə malik deyildim. Mən çox istərdim ki, bizim uşaqlar  Azərbaycan teatrları Beynəlxalq Uşaq Teatrları Festivalında iştirak etsinlər və buranı tanısınlar”.

 

Qeyd edək ki, festivalda Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ), Beynəlxalq Kukla Teatrları Assosiasiyası (UNİMA), Beynəlxalq Teatr İnstitutu (İTİ), Teatr Rəssamları, Texniki İşçilər və Memarların Beynəlxalq Təşkilatı (OİSTAT), Beynəlxalq Teatr Tədqiqatları Federasiyası (İFTR) kimi təşkilatların baş katibləri və prezidentlərinin, eləcə də plenar iclaslarda müəyyən edilən mövzular üzrə teatr mütəxəssislərin məruzələri dinləniləcək.

Günel






4 Noyabr, 2014  13:58 Baxılıb: 1250 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner