Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

II Bakı Beynəlxalq İdman Filmləri Festivalı keçirilir

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə 18-21 noyabr 2014-cü il tarixində Nizami Kino Mərkəzində II Bakı Beynəlxalq İdman Filmləri Festivalı (BBİFF) keçiriləcək.

Simsar.az xəbər veir ki, FİCTS - İdman Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyasının üzvü olan Bakı festivalı gələn il ölkəmizdə keçiriləcək I Avropa Oyunları ərəfəsində idmanın bir çox növlərinə həsr olunan filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirmək məqsədi daşıyır.

II Bakı festivalının ünvanına 33 ölkədən 115 film daxil olmuşdur. Festivalın seçim komissiyası onlardan 23 ölkəni təmsil edən 48 filmi seçərək müsabiqəyə buraxıb. Filmlər 5 kateqoriya üzrə bölüşdürülmüb: Bədii film, İdman və şəxsiyyət, İdman və dünya, TV filmləri, Milli film.

Birinci festivalla müqayisədə builki festivala təqdim olunan Azərbaycan filmlərinin və televiziya proqramlarının sayı əhəmiyyətli dərəcədə artmışdır ki, bunu da Avropa Oyunları ərəfəsində idmana artan marağın göstəricisi kimi qiymətləndirmək olar.

Festival günlərində müsabiqə filmlərinin nümayişi ilə yanaşı Nizami Kino Mərkəzində dünyanın məşhur foto ustalarının idman mövzusunda olan işlərindən ibarət sərgi təşkil olunacaq. Festivala qatılmış film müəllifləri və idman mütəxəssislərinin KİV təmsilçiləri ilə görüşləri nəzərdə tutulub.

Dünyada tanınmış idman xadimləri, Olimriya və dünya çempionları, həmçinin Avropa ölkələrinin Milli Olimpiya Komitələrinin rəsmi nümayəndələri və FİCTS-in rəhbərliyinin festivalda iştirakı gözlənilir.

Günel







4 Noyabr, 2014  13:32 Baxılıb: 969 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner