Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Sağlam Millət – Sağlam Gələcək” – KONFRANS

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) əhali və ailə sağlamlığının qorunması, möhkəmləndirilməsi probleminə həsr olunmuş “Sağlam Millət-Sağlam Gələcək” adlı konfrans keçirilib. Simsar.az xəbər verir ki, tədbir “Sağlam Nəsil” İctimai Birliyi və “Sağlam Nəsil” Tibbi - Elmi Tədqiqat Mərkəzi tərəfindən təşkil olunub.

Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə baş tutub.

Birliyin rəhbəri tibb elmləri doktoru Nigar Kamilova tədbiri giriş sözü ilə açaraq bildirib ki, XXI əsr həyat tərzinin insan sağlamlığına təsiri artıb. Hər il qeyri-infeksion xəstəliklərdən ölənlərin sayı təxminən 36 milyon nəfərdir.

“Bunların sırasında daha geniş yayılmış ürək-damar, onkoloji, respirator, şəkər xəstəlikləridir. İnsanın sağlamlıq vəziyyəti yalnız tibbi deyil, həmçinin sosial, iqtisadi və dövlət problemidir. Ümümdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, bir şəkər xəstəsinin müalicəsinə ildə 10-30 min avro, ürək-damar xəstəliyinin müalicəsinə isə 2 mindən 45 minədək avro xərclənir”.

Birliyin rəhbəri sözügedən şurayla birgə 2009-cu ildən yeniyetmələr, gənclər və ailələrin sağlamlıqlarının qiymətləndirilməsi istiqamətində görülən işləri xatırladıb. N.Kamilova AMEA ilə müxtəlif sahələrdəki əməkdaşlıqdan da danışıb.

Sonra AMEA-nın Həmkarlar İttifaqı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə səmərəli fəaliyyət aparıldığı vurğulanıb, həmin qurumların nümayəndələrinə “Fəxri Fərman”lar təqdim olunub.

Tədbirdə həmçinin, Fəlsəfə və Hüquq İnstitutunun Siyası nəzəriyyələr şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, AMEA-nın Azad Həmkarlar İttifaqının sədr müavini, hüquq elmləri doktoru İsaxan Vəliyev, Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə, SEBA Koreya Azərbaycan Şərq təbabəti klinikasının baş həkimi Zərifə Quliyeva, “Sağlam Nəsil” Tibbi-Elmi Tədqiqat Mərkəzinin həkimi Günay Zeynalova müasir dövrdə əhali, ailə və qadın sağlamlığı mövzusunda çıxışlar ediblər.

Aysel Kərimova







4 Noyabr, 2014  13:40 Baxılıb: 732 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner