Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Girovlarla bağlı erməni dini liderlə görüşəcəyəm” – Şeyxülislam

“Dövlət öz vətəndaşını qorumalıdır. Mənim işim isə bu məsələdə kimdənsə xahiş etmək ola bilər”.

Simsar.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülüslam Hacı Allahşükür Paşazadə Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Azərbaycan vətəndaşları haqqında danşarkən deyib.

Şeyxülüslam bildirib ki, məsələyə ən düzgün qiyməti hüquq-mühafizə orqanları verə bilər: “Rusiyanın patriarxı Krill ilə görüşüm olub və girovların qaytarılması məsələsini onunla müzakirə etmişik. Ola bilsin ki, Ermənistanın dini lideri İkinci Qaragenlə də görüşümüz olsun. Orada da müzakirə olunacaq əsas məsələ girovlularla bağlı olacaq. İmkan daxilində əlimizdən gələni edəcəyik. Biz bu məsələdə dövlətin yanındayıq. Dövlət nəyi məsləhət bilsə, imkan daxilində kömək edəcəyik”.

Qeyd edək ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. Bir müddət əvvəl isə H. Həsənov Bakıya gətirilərək, dəfn olunub.

Vüsal Qarayev







4 Noyabr, 2014  13:16 Baxılıb: 827 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner