Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Aşurada Şeyx və Mübariz Qurbanlı da qan verdi - FOTO

Bu gün Azərbaycanda məscid və dini icmalarda Aşura mərasimləri keçirilir.

Simsar.az-ın məlumatına görə, ölkənin əksər məscidlərində böyük insan kütləsi ilə müşayiət olunan mərasimlərdə Kərbəla şəhidlərinə - Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyn və onun yaxınlarına, o cümlədən Qarabağ şəhidlərinin ruhuna dualar oxunub, əzadarlıq edilib.

Mərasimlər çərçivəsində qanvermə aksiyaları da keçirilib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə isə Aşura günü əlaqədar “Təzəpir” Məscidində qan verib. Mərasimə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov, QMİ sədrinin qardaşı, deputat Cavanşir Paşazadə də qan verərək aksiyaya qoşulublar.

Xatırladaq ki, Aşura ilə bağlı 14 məscid və ziyarətgahda qanvermə aksiyası keçirilir. Bunlar Yasamal rayonu “Təzə-pir” məscidi, Yasamal rayonu “Hacı Soltanəli” məscidi, Nəsimi rayonu “Əjdərbəy” məscidi, Səbail rayonu “Bibi-Heybət” məscidi, Səbail rayonu "İçərişəhər cümə məscid"i, Suraxanı rayonu "Qaraçuxur" məscidi, Xəzər rayonu “Mir Mövsüm ağa” məscidi, Nizami rayonu "Keşlə qəsəbə məscid"i, Sumqayıt şəhər “Cümə” məscidi, Gəncə şəhər “İmamzadə” məscidi, Mingəçevir şəhər “Heydər” məscidi, Şəki şəhər “Cümə” məscidi, Lənkəran şəhəri "Böyükbazar" məscidi və Bərdə şəhər “Cümə” məscididir.

 

Səhiyyə Nazirliyi isə açıqlmasında bildirib ki, ölkənin 15 tibb məntəqəsində də qanvermə aksiyası keçirilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib ki, əhalinin qan verməsi üçün tibbi məntəqələrin 8-i Bakı məscidlərində təşkil edilib. Bakıda həmin məntəqələrdən əlavə Mərkəzi Qan Bankında da qanvermə aksiyası keçirilir. Qanvermə aksiyası bu gün axşam saatlarına kimi davam edəcək.

Vüsal Qarayev






4 Noyabr, 2014  12:30 Baxılıb: 903 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner