Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Müsavata ikiqat zərbə - AÇIQLAMA

"Nəsib Nəsibli kimi ziyalı bir adamın Müsavat Partiyasından istefa verməsi indiki durumda partiya üçün ikiqat zərbədir". Bunu Trend-ə Musavat başqanlığına keçmiş namizəd Tural Abbaslı deyib.

Onun sözlərinə görə, əgər istefa səbəbi siyasi motivlərdən irəli gəlirsə, bu cür halların qarşısı təcili alınmalıdır.

Qeyd edək ki, keçmiş millət vəkili Nəsib Nəsibli Müsavat Partiyasının üzvlüyündən istefa verib.

N.Nəsibli ötən gün partiya sıralarından çıxması ilə bağlı Müsavatın Xətai Rayon Təşkilatına ərizə ilə müraciət edib.

Qeyd edək ki, N.Nəsibli milli-demokratik hərəkatda fəal iştirak edib, Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü seçilib, eyni zamanda, Müsavat Partiyasının Azərbaycanda fəaliyyətinin bərpa edilməsi işində çalışıb. 1989-1992-ci illərdə Yeni Müsavat Milli Demokratik Partiyasına başçılıq edib.

Xatırladaq ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayından narazı qalan üzvlər seçkilərdə baş vermiş pozuntularla bağlı partiyanın Mərkəzi Nəzarət-Təftiş Kommisiyasına arayış göndərib.

MNTK isə qurultaydakı pozuntularla əlaqədar təqdim edilən arayışda heç bir nizamnamə pozuntusuna rast gəlinmədiyini bəyan edib.

Qurultaydan narazı qalanlar MNTK-nın rəyinə noyabrın 8-də münasibət bildirəcəklərini və bundan sonrakı mövqelərini bəyan edəcəklərini vurğulayıblar.






4 Noyabr, 2014  12:20 Baxılıb: 762 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner