Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycan daha bir beynəlxalq təşkilatda təmsil olunacaq – AÇIQLAMA

Standartlaşdıma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) 2015-ci ilin yanvarın 1-də metrologiya sahəsində əsas beynəlxalq təşkilatlar olan Çəkilər və Ölçülər üzrə Baş Konfransda (CGPM - Conférence Générale des Poids et Mesures) assosiativ üzv və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatda (OIML – Organisation International de Métrologie Légale) müxbir üzv kimi Azərbaycan Respublikasını təmsil edəcək.

Simsar.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında SMPDK yanında Dövlət Metrologiya Xidmətinin rəisi Oktay Abbasov deyib.

O bildirib ki, iqtisadiyyatı güclü olan dövlətlər metrologiya sahəsinə böyük önəm verir: “Azərbaycan da iqtisadiyyatın ikişafına görə dünyada söz sahibinə çevrilib. Məhz buna görə də ölkəmizin bu cür təşkilatlara üzv olması olduqca böyük önəm kəsb edir. Noyabrın 18-də Fransanın Versal şəhərində yeni üzv dövlət qismində Azərbaycan Respublikasını SMPDK-nın nümayəndə heyəti təmsil edəcək. Bu təşkilatlarda üzvlük beynəlxalq Metrik Konvensiyanın, həmçinin Qarşılıqlı Tanınma Razılaşmalarının imzalanması üçün əsas olacaq. Bu öz növbəsində Azərbaycanda həyata keçirilən ölçmələrin nəticələrinin, həmçinin kalibrləmə sertifikatlarının beynəlxalq tanınmasını təmin edəcək”.

Xidmət rəisinin sözlərinə görə, metrologiya sahəsində Rusiya ilə müqayisədə Azərbaycanın təcrübəsi  azdır: “Hər bər dövlətin hazırladığı qanunlar biri-biri ilə oxşar olmalıdır. Belə olmadığı halda istənilən iki ölkə arasında əməkdaşlıq məsələsi reallaşa bilməz. Məhz buna görə də beynəlxalq təşkilatlara üzv olan ölkələr vahid qanunlar çərçivəzində fəaliyyət göstərməli olurlar. Üzv dövlətlər beynəlxalq səviyyədə qəbul olunmuş sənəddən yararlanaraq milli sənədlərini hazırlaya bilirlər”.

Üzvlük haqqlarından danışan O. Abbasov bildirib ki, bu təşkilatlara üzv olan dövlətlərin üzvlük haqqlarının məbləği BMT tərəfindən təyin edilir.

Məlumat üçün bildirək ki, Metrik Konvensiya 1875-ci ilin mayın 20-də Parisdə 17 ölkənin (Almaniya, Belçika, Braziliya, Argentina, Danimarka, İspaniya, ABŞ, Fransa, İtaliya, Peru, Portuqaliya, Rusiya, İsveç, İsveçrə, Norveç, Türkiyə, Venesuela) hökumətlərinin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış beynəlxalq Konvensiyadır.

 

Hüseyn İbadlı







4 Noyabr, 2014  11:40 Baxılıb: 864 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner