Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gəncədə Aşura mərasimi - FOTOLAR

Gəncədə Aşura mərasimlərinin keçirilməsi üçün hər cür şərait yaradılıb. Aşura günü-Məhərrəm ayının 10-cu günü, matəm günü, İmam Hüseynin, onun ailə üzvlərinin və tərəfdarlarının qətl olunduğu gündür. Məhərrəm ayı, Qurani-Kərimdə qiymət verilən dörd aydan biridir. Gəncədə Aşura günü yüksək səviyyədə qeyd olunur. İmamzadə dini-memarlıq kompleksində ziyarətgahın ətrafında Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən 34 ehsan çadırları qurulub.

Ziyarətgahda işıqlandırma sisteminin əhatə dairəsi daha da genişləndirilib. İçməli su daşıyan 10 maşın da ziyarətçilərin ixtiyarına verilib. Bundan başqa ziyarətçilərə daha rahat şərait yaratmaq üçün xeyriyyəçi insanlar da ziyarətgahda çadırlar qurublar.

İmamzadəyə gedən yollarda tıxacların yaranmaması üçün şəxsi avtomobil vasitələrinin hərəkəti məhdudlaşdırılıb. DYP əməkdaşları tərəfindən yollarda sürücülər bu haqda məlumatlandırılıb. Şəhərin Üzeyir Hacıbəyov, Keçid küçələri, İmamzadə Kompleksi istiqamətində piyadaların təhlükəsizliyi üçün şəxsi avtomobillərə məhdudiyyətlər tətbiq olunub.

“Aşura Günü” ilə bağlı şəhərdə ictimai asayişin qorunması və yollarda hərəkətin təhlükəsizliyi üçün patrul naryadlarının sayı da artırılıb. Bu gün İmamzadə Dini Kompleksində keçirilən tədbirlərdə iştirak etmək istəyən Gəncə şəhəri və ətraf bölgə əhalisi üçün ictimai nəqliyyat vasitələri səhər saatlarından gücləndirilmiş iş rejimində çalışır. Şəhərin müxtəlif yaşayış massivlərindən ziyarətçilərin “İmamzadə” dini kompleksinə daşınması üçün pulsuz nəqliyyat vasitələri təşkil edilib. Bu məqsədlə 30-dan çox iritutumlu avtobuslar həm əhalini məscidlərə, həm də “İmamzadə”yə aparmaq üçün ayrılıb.

Eyni zamanda vətədaşlara xidmət və təhlükəsizliyi təmin etmək üçün məscidlərin ətrafına və “İmamzadə” dini kompleksinə ümumilikdə 10 təcili tibbi yardım briqadası, 10-a yaxın Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobilləri cəlb edilib.






4 Noyabr, 2014  11:20 Baxılıb: 1688 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner