Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Millət vəkili bələdiyyə başqanından nə xahiş etdi? – FOTOLAR

Simsar.az xəbər verir ki, Sakaryada səfərdə olan millət vəkili Qənirə Paşayeva  Sakarya Böyükşəhər Bələdiyyə başqanı Zeki Toçoğlu ilə görüşdə ümumilli lider Heydər Əliyevin dediyi kimi Azərbaycan  ilə Türkiyənin  bir millət iki dövlət olduğunu,  Azərbaycanla  Türkiyə arasında əlaqələrin yüksək səviyyədə olmasının məmnuniyyətverici olduğunu deyib. Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da  əlaqələrin getdikcə daha genişlənməsinin məmnuniyyətverici olduğunu və bu məsələnin vacibliyini qeyd edib. Millət vəkili Sakarya Böyükşəhər Bələdiyyə başqanı Zeki Toçoğlu ilə görüşdə Azərbaycan  ilə  Türkiyənin bir çox şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Sakarya bələdiyyəsinin Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirib . Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı, Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində  dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, Xocalı soyqırımı, tarixi abidələrin erməni vandalizminə məruz qalması da söhbət zamanı əsas müzakirə mövzusu olub və millət vəkili bunlarla bağlı Böyükşəhər Bələdiyyə başqanı Zeki Toçoğluna geniş məlumatlar verib. Görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Sakarya Universitetində təhsil alan azərbaycanlıları birləşdirən Öyrənci Topluluğunun rəhbəri Alik Bağırov, Türkiyədə təhsil alan azərbaycanlı gəncləri birləşdirən AzeDer təşkilatının nümayəndələri də iştirak ediblər. Millət vəkili Qənirə Paşayeva heyət adından bələdiyyə başkanından Sakaryanın mərkəzi parklarından birinə Qarabağ adını verilməsi və həmin parkda Xocalı soyqırımı abidəsinin qoyulmasını xahiş edib. Ötən il azərbaycanlı gənclər adından Alik Bağırovun bələdiyyə tərəfindən Xocalı Soyqırımının tanınması ilə bağlı müraciətinə toxunan millət vəkili Qənirə Paşayeva Türkiyənin bəzi bələdiyyələrinin artıq belə bir qərar qəbul etdiyini və dünyanın bir sıra ölkələri tərəfindən də bu cür qərarlar qəbul edildiyini  vurğulayaraq Sakarya bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən,vacibliyindən danışaraq təklif etdiyi məsələlərin öz həllini tapacağına ümid etdiyini də deyib. Sakarya Universitetində 300-dən artıq azərbaycanlı tələbə oxuduğunu və onların bir hissəsinin imkansız ailələri evladları olduğunu vurğulayan millət vəkii Qənirə Paşayeva bir sıra tələbələr adından Öyrəncə Topluluğunun ondan xahişini də bələdiyyə başqanıa çatdraraq 50 tələbənin nəqliyyat xərclərinin bələdiyyə tərəfindən qarşılanmasını xahiş edib. Azərbaycanı çox sevdiyini deyən Sakarya Böyükşəhər Bələdiyyə başqanı Zeki Toçoğlu  Türkiyənin  və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, iki ölkə arasında iqtisadi, siyasi iş birliyinin daha da genişləndirilməsinin  önəmli olduğunu söyləyib və hər iki qardaş ölkənin bölgələri, bələdiyyələri arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Qarabağ problemi, Xocalı ağrısı bizim də problemimiz və ağrımızdır deyən  Sakarya Böyükşəhər Bələdiyyə başqanı Zeki Toçoğlu hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Millət vəkili Qənirə Paşayevanın Sakaryanın mərkəzi parklarından birinə Qarabağ adını verilməsi və həmin parkda Xocalı  soyqırımı abidəsinin qoyulması, bələdiyyə tərəfindən Xocakı Soyqırımının tanınması ilə bağlı müraciətinə toxunan  Böyükşəhər Bələdiyyə başqanı Zeki Toçoğlu məsələlərə müsbət yanaşıb və onlara mütləq baxılacağını deyib. Millət vəkili imkanları aşağı olan 50 tələbənin nəqliyyat xərclərinin bələdiyyə tərəfindən qarşılanmasına isə müsbət yanaşaraq yaxın günlərdə bu məsələnin öz həlini tapacağını deyib.  Millət vəkili  "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası" seriyasından növbəti kitablarında Sakarya  ilə də bağlı geniş yazının da öz əksini tapacağını və Azərbaycanlı oxuculara Sakarya  ilə bağlı daha geniş bilgilər veriləcəyini deyib. Millət vəkili Sakarya Böyükşəhər Bələdiyyə başqanı Zeki Toçoğlunu   Azərbaycana səfərə dəvət edib.  Dəvəti məmnuniyyətlə  qəbul edən Sakarya  Böyükşəhər Bələdiyyə başqanı Zeki Toçoğlu Azərbaycanda olmadığını, ölkəmizə səfər etmək istədiyini və  bu  səfərin Sakarya bələdiyyəsi ilə Azərbaycanın bölgələri arasında əlaqələrin daha da inkişafına öz töhfəsini verəcəyinə inandığını deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Sakarya  Böyükşəhər Bələdiyyə başqanı Zeki Toçoğluna  Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, özünün müəllifi olduğu əsərləri də təqdim edib. Millət vəkili Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin  hazırladığı  “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu və həmmüəllifi olduğu və Türkiyə türkcəsində çapdan çıxmış “Xocalı Soykırımı tanıkların dilinden” kitabını da təqdim edib. Qarabağın Azərbaycan musiqisində oynadığı böyük  rol və yerdən  danışan millət vəkili  Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ xanəndələri” musiqi albomu kataloqunu da təqdim edib. Nümayəndə heyəti üzvləri Nəcibə  Nəsibova və AzeDer təşkilatının rəsmiləri də hədiyyələrini bələdiyyə başqanına  təqdim ediblər. Böyükşəhər Bələdiyyə başqanı Zeki Toçoğlu da millət vəkili Qənirə Paşayeva və nümayəndə heyəti üzvlərnə Sakarya ilə bağlı materiallar, kitablar hədiyyə edib.







4 Noyabr, 2014  09:58 Baxılıb: 987 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner