Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu gün Aşura günüdür

Aşura – hicri təqvimin ilk ayı olan mühərrəm ayının 10-cu günüdür. Sözün ərəb dilindən tərcüməsi də “onuncu gün” deməkdir. Hicri təqvimlə 61-ci ilin həmin günündə (miladi təqvimlə 680-ci ilin oktyabrı) Həzrət Mühəmməd Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə) öz yaxın qohumları və silahdaşları ilə Kərbəla səhrasında faciəli surətdə qətlə yetirilib.

Aşura günü Azərbaycanda da qeyd edilir. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi də fətva verib. Fətvada bildirilib ki, Aşura günü 1436-ci ilin başlanğıcı - Məhərrəm ayının 10-u miladi təqvimi ilə 2014-cü il noyabrın 4-nə təsadüf edir.

Bu gün Kərbəla şəhidlərinin xatirəsinin yad edilir, təziyələr saxlanılır. Bu münasibətlə QMİ-nin Qazılar Şurası bütün dindarlara dərin hüznlə başsağlığı verir, onlara Allah-təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn (ə) əzadarlığını İmamın şəninə layiq şəkildə keçirilməsini tövsiyə edir.

Qeyd olunur ki, Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında, habelə xüsusi ayrılmış məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı, habelə Vətən uğrunda şəhid olanların əziz xatirəsi yad edilməlidir. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir”.

Bu gün son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən, tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyaların təşkili olacaq. Aksiya aşağıdakı məscidlərdə keçirilir:

1. Yasamal rayonu - Təzə Pir məscidi

2. Yasamal rayonu  - Hacı Soltanəli məscidi

3. Səbail rayonu - Bibiheybət  ziyarətgah məscidi

4. Səbail rayonu - İçərişəhər Cümə məscidi

5. Suraxanı rayonu - Qaraçuxur məscidi

6. Xəzər rayonu - Mir Mövsüm ağa ziyarətgah məscidi

7. Nizami rayonu - Keşlə qəsəbə məscidi

8. Sumqayıt şəhəri - Cümə məscidi

9. Gəncə şəhəri - İmamzadə ziyarətgah məscidi

10. Mingəçevir şəhəri - Heydər məscidi

11. Şəki şəhəri - Cümə məscidi

12. Lənkəran şəhəri - Böyük bazar məscidi

13. Bərdə şəhəri - Cümə məscidi

14. Nəsimi rayonu - Hacı Əjdərbəy məscidi

Səhər saat 09:00-dan başlayacaq aksiyaya QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Təzə Pir məscidində qatılacaq.

Simsar.az

 







4 Noyabr, 2014  08:40 Baxılıb: 1016 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner