Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yanğından necə qorunmalı? - AMEA-da tədbir

AMEA Folklor İnstitutunda fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi mövzusunda tədbir keçirilib.

Simsar.az xəbər verir ki, AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov (Kazımoğlu) əhalinin maarifləndirilməsində, eləcə də fövqəladə hadisələrin qarşısının vaxtında alınmasında Fövqəladə Hallar Nazirliyinin gördüyü işləri yüksək dəyərləndirib. O, nazirliyin təşkil etdiyi təlim kursunda iştirakı ilə bağlı zəngin təəssüratını bölüşüb. Eləcə M.İmanov institutda bu sahədə görülən işlər haqqında danışıb, bildirib ki, nazirliyin fəaliyyəti həyatımızın hər bir sahəsində bizə daha da məsuliyyətlə davranmağa kömək edir.

İnstitutun mülki müdafiə qərargahının rəisi Elşad Quliyev mülki müdafiə məşqinin planı ilə iştirakçıları tanış edib. O, fövqəladə hadisələr (yanğın, zəlzələ və s.) zamanı görüləcək işlər haqqında danışıb, bildirib ki, bununla bağlı institut əməkdaşları arasında maarifləndirmə söhbətləri aparılıb.

Budəfəki məşqin məqsədi rəhbər heyət tərəfindən mülki müdafiə planının öyrənilməsi və dəqiqləşdirilməsi, fövqəladə hallarda davamlı idarəetmənin təkmilləşdirilməsi, mülki müdafiə tədbirlərini yerinə yetirərkən əməkdaşlara rəhbərlik edilməsində rəhbər, komandir, rəis heyətinin hazırlığının artırılması olub.

Səbayel rayon mülki müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Nazir Əkbərov fövqəladə vəziyyətlərdəki davranış qaydaları haqqında ətraflı danışıb, dünyada gedən qlobal proseslər fonunda baş verən fövqəladə hadisələrə diqqət çəkib, Azərbaycanda fövqəladə hadisələrin qarşısının alınmasında görülən işlərdən, əhalinin ardıcıl maarifləndirilməsindən danışıb. O, institutda bu sahədə görülən işlərin qənaətbəxş olduğunu bildirib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinə həsr olunmuş filmə baxış olub.

 

 






4 Noyabr, 2014  09:17 Baxılıb: 858 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner