Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycan XİN-dən Nalbandyana CAVAB

“Xalqların öz müqəddəratını təyinetmə hüququ beynəlxalq hüququnun ali prinsiplərindən biridir. Beynəlxalq hüququn, xüsusilə xalqların öz müqəddəratını təyin etmə prinsipinin siyasiləşdirilməsi və ondan siyasi möhtəkirlik məqsədləri üçün istifadə edilməsi qəbuledilməzdir. Təəssüf ki, Ermənistanın təcrübəsində biz bunun şahidi oluruq”. Simsar.az-ın xəbərinə görə, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın xalqların öz müqəddəratını təyinetmə prinsipi ilə bağlı söylədiklərinə münasibət bildirərkən deyib.

H. Hacıyev bildirib ki, BMT Nizamnaməsində xalqların öz müqəddəratını təyinetmə hüququ müstəmləkəçiliyə qarşı mübarizə və işğal altında olan, və öz idarəçiliyi olmayan ərazilərə münasibətdə müəyyən olunub: “1975-ci il Helsinki Yekun aktında isə deyilir: “BMT Nizamnaməsinin məqsəd və məramları və beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə həmişə uyğun şəkildə davranaraq, iştirakçı dövlətlər xalqların bərabər hüquqlarına və onların öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşacaqlar”. Göründüyü kimi, öz müqəddəratını təyinetmə ərazi bütövlüyü hüququ və BMT Nizamnaməsi ilə ziddiyyət təşkil etməməlidir. Ərazi bütövlüyü ilə əlaqədar Helsinki Yekun Aktında deyilir ki, dövlətlər digər dövlətin ərazisini birbaşa və ya dolayısı zor vasitəsilə hərbi işğal və ərazi əldə etmək obyekti etməməlidirlər. Həmçinin həmin sənəddə bu cür işğal və ya ərazi əldə edilməsinin qanunu hesab edilməyəcəyi bildirilir. Ümumiyyətlə, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş işğal, təcavüz və qanlı etnik təmizləmə əməllərinin fonunda xalqların öz müqəddəratını təyinetmə hüququndan danışmaq yersizdir. Ermənistanın bu əməlləri xalqların öz müqəddəratını təyinetmə hüququnun təməl prinsipləri, mahiyyəti və fəlsəfəsi ilə ziddiyyət təşkil edir. Ermənistan xarici işlər naziri E.Nalbandyan ya bunları bilmir, ya da məqsədyönlü şəkildə beynəlxalq hüquq və xalqların öz müqəddəratını təyinetmə prinsipini siyasi möhtəkirlik obyektinə çevirir ki, bu da çox ciddi təəssüf doğurur”.






3 Noyabr, 2014  19:05 Baxılıb: 735 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner