Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hacı Rəşaddan Elşad Miriyə CAVAB

"Elə indicə Elşad Mirinin, "Muhərrəmlik" ayı ilə bağlı və xüsusəndə Hz.Hüseynə(ə) əza saxlamağın doğru olub oımadığı haqqında olan bir yazısını oxudum"

Artıq bir neçə gündür Hicri-qəməri təqvimi ilə İslam aləmində Məhərrəm ayı başlayıb. Bu ayda toy etmək, nişan  və şənlik keçirilməsi ilə bağlı ölkə mediasında fərqli fikirlər səsləndirilib. Bir neçə gün öncə ilahiyyatçı Elşad Miri də bildirib ki, Məhərrəmlikdə toy etmək olar. O, bu fikirləri “Qurani-Kərim”ə əsaslanaraq söylədiyini qeyd edib.

Quran qarisi Hacı Rəşad ilahiyyatçıya cavab yazısı ünvanlayıb. Simsar.az həmin yazını təqdim edir.

İlahiyyatçı Elşad Miri deyir ki, "İslamda hər hansı ayda, gündə toyla bağlı bir qadağa yoxdur."

Elşad bəy! Muhərrəmlik ayında hər hansı bir şadlıq və yaxud toy-düyün edilməsinin, Cəfəri məzhəbində qadağa olmasını kim deyir ?

Bundan əlavə "Şiələr" nə zaman bunu islamın "Ruknu" (təməli) hesab ediblər ki, sizdə bunu "Üsulid-din"-dən(İslamın əsasları) bilib tənqid edirsiz?!

Bəli, biz muhərrəmlik ayında şəhadətə yetirilən İmam Hüseynə(ə) matəm saxlayırıq. Amma bu ona əsas vermir ki, şiələr bu matəmi İslamın əsası bilib qeyd edirlər. Əsla! İmam Hüseynə əza saxlamaq bu millətin və bütün müsəlman şiələrin ona verdiyi mənəvi dəyərdən irəli gəlir. İmam Hüseynə ağlamaq məhəbbət və eşq məsələsidir. Onu hüznlə anmaq, zalımlardan yox, məzlumlardan yana olmağın təzahürüdür. Daha sonra deyirsiz ki, "124000 peyğəmbər ölübsə belə çıxır ki, onların hər birinə yas saxlamalıyıq ?"

Əvvəla xüsusilə vurğulayım ki, bütün peyğəmbərlər İmam Hüseyn kimi vəhşicəsinə qətliamlara məruz qalmayıblar. Əgər sizin bu müqayisənizlə yanaşsaq o zaman mənə deyin görüm niyə Allahu-Təala təxmin edilən 124000 peyğəmbərlərin qissələrindən Quranda bəhs etmir, yalnız 28-i ilə kifayətlənir?

Yaxud niyə Hz. Əyyub(ə)-un səbri hər zaman digər peyğəmbərlərin səbrindən üstün tutulur? Məgər Allah Rəsulunun dönəmində ki, sınaq Hz.Əyyuba verilən sınaqdan az idi ? Bundan əlavə, Azərbaycan xalqı hər il 1990-cı ildə baş vermiş 20 yanvar faciəsində şəhid olanları, anaraq yad edir. Ancaq nəticə etibarilə 31 mart soyqırımı ondan daha faciəvi olmuşdur.

Bəs niyə 20 yanvar faciəsi hər il rəsmi qeyd olunur, 31 mart yox ? Həmçinin həmən vaxt yəni 20 yanvar günü heç bir kəs toy etmir. Sizcə İslama görə həmən ərəfədə toy etmək və ya şadlanmaq haramdırmı? Bəs niyə toy etmirlər əcaba ? Hətta doğum günü olanlar belə, o vaxt nə sevinər nədə ki, əylənərlər. İndi bu xalqın sayğı və hörmətini İslam ilə uzlaşdırmaqın nə adı vardır ? Deyirsiz ki; "Baş yarmaqdansa qan verin" Çox gözəl təklifdir. Amma bu yeni fikir deyil. Bunu ilk dəfə elə bəyənmədiyiniz şiələr səsləndirib. Cəfəri məzhəbində doğru-dürüst düşünən beyinlər heç vaxt qəmə vurub baş yarmaqın tərəfdarı olmayıb. Və zərrə qədərdə bunu bilməyinizə şüphəm yoxdur. Sizin işiniz mollaları ələ salıb sətiraltı olaraq, şiə toplumuna sayğısızlıq etməkdir. Sizi hər zaman, şiə toplumuna mənsub olan "Mollaların geyimini, İmam Hüseynə yas tutub ağlayanları, QMİ -nin ruhanilərini və.s" tənqid etməyinizi gördüm . Amma nədənsə, qadınların sinəsinə baxıb onların nə qədər ehtiraslı olmasını "Maşallah, sübhənallah" sözü ilə süsləyən Harun Yahya kimi tanınmış Adnan Oktarı, Allahu-Əkbər deyib günahsız insanların başını kəsən murdar İŞİDİ tənqid edən yazılarınıza rast gəlmədim.

Bu olub bitənlərdən sonra, yezidə lənət oxumaqın əleyhinə olmanıza, Hüseynə ağlamağı məsğərə etmə halınıza acıyıram. Hüseynə ağlamağı məzəmmət etməkdənsə, öz halınıza ağlaya bilməməyinizi məzəmmət etsəniz daha yaxşı olar...!






3 Noyabr, 2014  18:54 Baxılıb: 3455 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner