Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Aşurada terror şayəsi - “Məşədi Dadaş” hədəfdə

Bakının tanınmış dini obyektlərindən birində terror aktının törədilməsi ilə bağlı şaiə yayılıb.

Simsar.az-ın məlumatına görə, son bir neçə gündür Bakının “Məşədi Dadaş” məscidində partlayış törədilməsi ilə bağlı xəbərlər dini camiəni narahat etməyə başlayıb. Artıq bir çox dindar bir-biri ilə əlaqə saxlayaraq, öz narahtlıqlarını bölüşürlər.

Məsələyə münasibət bildirən məscidin axundu, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli deyib ki, bu səpkili xəbərdən xəbərsizdir.

Hazırda məsciddə təhlükəsizliyin hüquq-mühafizə orqanları tərəfindən həyata keçirildiyini də qeyd edən Ş. Həsənli belə məlumatların haradan qaynaqlandığı haqda da məlumatsız olduğunu söyləyib.

Daxili İşlər Naziriliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə deyib ki, sabahdan Azərbaycan polisi Aşura günü ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək: “Baş verə biləcək bütün qanunazidd halların qarşısı alınacaq”.

Qeyd edək ki, ötən il Milli Təhlükəsizlik Nazirliyi (MTN) axund Hacı Şahin Həsənliyə qarşı terror aktı törədilməsi ilə bağlı daxil olan məlumata əsasən əməliyyat həyata keçirib. Əməliyyat nəticəsində Azərbaycan vətəndaşları Mirzəyev Nəriman Xosrov oğlu və Rüstəmov Mirzəhməd Şakir oğlu şübhəli şəxs qismində tutulublar.

Onlar insanların həlak olması məqsədilə terrorçuluq hərəkətlərinin törədilməsinə yönəlmiş hazırlığa və qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsində ittiham olunublar. Məhkəmə hər iki şəxsi azadlıqdan məhrum edilməsi ilə bağlı qərar da çıxarıb.

Hüseyn İbadlı







3 Noyabr, 2014  17:50 Baxılıb: 1450 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner