Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Radikalizmlə mübarizə qanun çərçivəsindədir” - Mübariz Qurbanlı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Odlar Yurdu Universiteti ilə birgə “Milli-mənəvi dəyərlərimiz və gənclər” mövzusunda konfrans keçirib.

Komitənin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, universitet rəhbərliyi, müəllim və tələbə heyətinin iştirak etdiyi konfansı giriş sözü ilə açan Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev konfransın əhəmiyyətindən danışaraq qeyd edib ki, gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün maarifləndirici tədbirlərin keçirilməsinə ciddi ehtiyac var.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdəki dövlət-din münasibətlərindən ətraflı danışaraq deyib ki, gənclər arasında dini maarifləndirmə işinin aparılmasının zərurətindən, bəzi radikal qrupların gəncləri öz təsir dairəsinə salmağa çalışmasından  danışaraq, bunun qarşısının alınması üçün görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb.

Komitə sədri qeyd edib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən effektiv vasitə maarifləndirmə işidir.

Konfransda məruzə ilə çıxış edən Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov ölkədə dövlət-din münasibətlərinin qanunvericilik bazasından, xalqımızın zəngin tolerantlıq ənənəsindən, müstəqilliyimizin bərpasından sonra milli-mənəvi dəyərlərimizə qayıdış prosesinin özünəməxsusluğundan, mövcud dini durumdan, zərərli dini cərəyanların təbliğat metodlarından və onlara qarşı həyata keçirilən tədbirlərdən danışıb. G. İsmayılov din sahəsində qarşıya qoyulan məqsədlər barədə məlumat verərək, dini radikalizmlə mübarizədə gənclərin rolunun xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Konfransın sonunda müəllim və tələbələri maraqlandıran suallara cavablar verilib.

Simsar.az







3 Noyabr, 2014  17:35 Baxılıb: 656 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner