Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Abşerondakı qətllə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Noyabrın 1-də saat 04.00 radələrində Abşeron rayonunun Hökməli qəsəbə sakini Şükürov Fəqani Adil oğlunun tanımadığı şəxs öz evinin qarşısında tüfənglə atəş açaraq öldürməsi və rayon Polis Şöbəsinə gəlib könüllü surətdə təslim olaraq cinayətin aləti olan tüfəngi təhvil verməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları dərhal F.Şükürovun yaşadığı ünvana gələrək hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş, oradan istintaq üçün əhəmiyyət kəsb edən əşyalar maddi sübut kimi götürülüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, F.Şükürov qeyd edilən tarixdə saat 01.00 radələrində, yaşadığı evdə olarkən küçədən söyüş səsləri eşitdiyindən bayıra çıxaraq orada olan 5-6 nəfər tanımadığı şəxslərə irad tutduqda aralarında mübahisə yaranıb. Bundan sonra F.Şükürov həmin şəxsləri qorxutmaq məqsədilə özünə məxsus təklüləli ov tüfəngini evindən götürərək küçəyə çıxıb sakit olmalarını tələb etdikdə, həmin şəxslərdən Qurbanov Kamal Rafiq oğlu tüfəngi onun əlindən almaq istərkən atəş açılması nəticəsində döş nahiyəsindən xəsarət almışdır. F.Şükürov K.Qurbanovu özünə məxsus “NİVA” markalı avtomobillə xəstəxanaya aparakən sonuncu aldığı xəsarətlərdən yolda ölüb.

F.Şükürov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Simsar.az







3 Noyabr, 2014  16:49 Baxılıb: 681 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner