Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Millət vəkili Sakarya valisi ilə - FOTOLAR

Qənirə Paşayeva Sakarya valisi ilə Dağlıq Qarabağ və Xocalı Soyqırımından danışıb.

Simsar.az xəbər verir ki, Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Sakaryaya səfəri zamanı Sakarya valisi Hüseyn Avni Coşla görüşüb. Görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Sakarya Universitetində təhsil alan azərbaycanlıları birləşdirən Öyrənci Topluluğunun rəhbəri Alik Bağırov, Türkiyədə təhsil alan azərbaycanlı gəncləri birləşdirən AzeDer təşkilatının nümayəndələri də iştirak ediblər. Görüş  zamanı  Türkiyə-Azərbaycan əlaqələrinin tarixi köklərə bağlılığını deyən millət vəkili bu cür əlaqələrin hər iki ölkənin inkişafında mühüm rol oynadığını dilə gətirib. “Türkiyənin uğuru Azərbaycanın və bütün türk dünyasının uğuru Azərbaycanın uğuru Türkiyənin və bütün türk dünyasının uğurudur. Ümumilli Lider Heydər Əliyevin də dediyi kimi biz bir millət iki dövlətik”.  Millət vəkili Qənirə Paşayeva vali ilə söhbət zamanı Azərbaycanın qanayan yarası Dağlıq Qarabağ və tarixi həqiqətlərdən danışıb. “Azərbaycan torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal olunub.  Ermənistanın Azərbaycanı işğalı zamanı 1 milyondan çox soydaşımız yurd-yuvasından didərgin düşüb. Və onlar hələ də öz torpaqlarının həsrəti ilə yaşayır. Xocalıda dəhşətli soyqırım həyata keçiriblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqları Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda  da keçirəcəyik ”. Millət vəkili Qənirə Paşayeva Sakarya valisinə həmmüəllifi olduğu Türkiyə türkcəsində “Xocalı Soyqrımı tanıqların dilindən” kitabını hədiyyə edib və geniş çəlumatlar verib.   Valiyə  kitab barədə məlumat verən millət vəkili bildirib ki, kitabda Xocalıda soyqrıma məruz qalan insanların yaşadıqları ağrı-acılar onların  öz dillərindən təqdim olunub.  Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Bu baxımdan millət vəkili Azərbaycanla Sakarya arasında əlaqələrinin güclənməsinin də  çox mühüm olduğunu dilə gətirib: "Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər və bələdiyyələri ilə qardaşlaşıblar. Sakaryanın  da Azərbaycanın hər hansı bölgəsi ilə qardaşlaşması bu baxımdan önəmlidir.” Millət  vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın  növbəti hissəsələrində Sakaryanın da yer alacağını bildirib.  “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının gənclərdə sahiblənmək duyğusunu formalaşdırmaq niyyəti daşıdığını  söyləyən millət vəkili “Gənclər bizim olanı tanımalı ona sahiblənməyi bacarmalıdırlar. Bu sahiblənmə “mənim”, “sənin” yox, “bizim” şəklində olmalıdır”. Millət vəkili Qənirə Paşayeva  Sakarya valisi Hüseyn Avni Coşu ölkəmizə dəvət edib. Sakarya valisi Hüseyn Avni Coş da  öz növbəsində millət vəkili Qənirə Paşayeva,  Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Sakarya Universitetində təhsil alan azərbaycanlıları birləşdirən Öyrənci Topluluğunun rəhbəri Alik Bağırov, Türkiyədə təhsil alan azərbaycanlı gəncləri birləşdirən AzeDer təşkilatının nümayəndələri ilə görüşdən məmnunluğunu bildirib. “Sizləri burda görməkdən məmnun oldum. Bizlər bir millətik. Sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik. Azərbaycanın güclü olması ilə biz də güclü oluruq.”.  Sakarya  valisi  noyabrın ortasında böyük bir qrupla Azərbaycana səfər edəcəyini və bundan böyük sevinc duyduğunu deyərək bu ziyarətin əməkdaşlığın inkişafına da özünün töhvəsini verəcəyinə inandığını deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Sakarya valisinə özünün müəllifi olduğu kitablarla yanaşı  Azərbaycanın tarixi,  mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən  kitabları ,matreialları ,rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin  hazırladığı  “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu  və Azərbaycan bayrağı hədiyyə edib. Qarabağın Azərbaycan musiqisində oynadığı böyük  rol və yerdən  danışan millət vəkili  Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ xanəndələri” musiqi albomu kataloqunu da təqdim edib. Nümayəndə heyəti üzvləri Nəcibə  Nəsibova və AzeDer təşkilatının rəsmiləri də hədiyyələrini bələdiyyə başqanına  təqdim ediblər. Sakarya valisi də millət vəkili Qənirə Paşayeva və nümayəndə heyəti üzvlərnə Sakarya ilə bağlı materiallar, kitablar hədiyyə edib.

 






3 Noyabr, 2014  16:20 Baxılıb: 961 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner