Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dövlət Xidməti müsabiqə elan etdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

“Vətənin müdafiəsinə hazıram!” adlı rəsm müsabiqəsi elan edir.

Xidmətin mətbuat şöbəsindən Simsar.az-a verilən məlumata görə, müsabiqənin məqsədi müstəqil dövlətçiliyimizin əsas atributlarından olan Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi nailiyyətlərin, güclü ordu quruculuğu prosesinin əhəmiyyətinin ictimaiyyətə çatdırılması, qəhrəmanlıq nümunələrinin təbliği, Vətənə, xalqa və dövlətçilik ideyalarına hörmət hisslərini gücləndirmək, gənc nəsli milli-dövlətçilik ruhunda tərbiyə etmək, doğma torpağa sədaqət hissini möhkəmləndirmək, hər an Vətənin müdafiəsinə qalxmağa hazırlığı yüksəltməkdir.

Müsabiqədə yaşı 18-ə qədər olan şəxslər iştirak edə bilər, əsərlər 2014-cü il dekabr ayının 30-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati binasına təqdim olunmalıdır, hər bir iştirakçı müsabiqəyə 1 əsər təqdim edə bilər, iştirakçılar müsabiqəyə A2, A3 formatlarında əsərlər təqdim etməlidirlər. Rəsmlər çərçivəyə salınmalıdır və çərçivənin şüşəsinin üstünə rəsm müəllifinin adı, soyadı, atasının adı, yaşı, rayon (şəhər), məktəb, sinif  yazılmış etiketlər əlavə olunmalıdır, təqdim olunan bütün əsərlərdə vətənpərvərlik ruhu tərənnüm edilməlidir, müsabiqəyə təqdim olunan işlər geri qaytarılmır və mükafat qazanan əsərlərdən təbliğat, maarifləndirmə məqsədilə istifadə edilə bilər.

Müsabiqədə I yer - 1000 manat, II yer – 500 manat, III yer – 300 manat, həvəsləndirici mükafatlar (10 mükafat) isə 100 manatdır.

Müsabiqənin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomları ilə təltif olunacaqlar.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 30.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati binası

Əlaqə telefonları:  493-06-52

Simsar.az







3 Noyabr, 2014  16:01 Baxılıb: 686 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner