Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

"Cinayətlərin artmasına səbəb mədəni davranış problemidir" - Əli Hüseynli

"Biz siyasi və iqtisadi islahatlar sahəsində çox böyük uğurlar əldə etmişik, amma hesab edirəm ki, mədəni davranış məsələsində ciddi inqilabi dönüşlərə ehtiyac var. Kütləvi mədəni tədbirlər keçirilməli, bu, insanların həyat tərzinə çevrilməlidir. Bu zaman insanların mədəni davranışında dəyişiklik baş verəcək. İnsanlar baş verən konflikti bıçaq və digər alətlərlə deyil, daha çox danışıq yolu ilə həll edəcəklər".

Bunu APA-ya açıqlamasında Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, 5-10 il əvvəl Azərbaycanda daha çox hüquq-mühafizə orqanlarına insan haqlarının qorunması və qanunun aliliyinə riayət edilməsi ilə bağlı ittihamlar vardı və nəticədə dövlət tərəfindən bu sahədə ciddi islahatlar həyata keçirildi: "Mən demirəm ki, onların hamısı əsaslı idi. Amma biz qanunvericilik və icra hakimiyyəti orqanlarının nümayəndələri olaraq bunu ictimaiyyətdən gələn bir mesaj kimi analiz edirdik. Çox ciddi islahatlar həyata keçirildi və bu gün hüquq-mühafizə orqanları və güc strukturlarının davranışı ən müasir standartlara cavab verir. İkinci irad isə qanunvericiliyin sərtləşdirilməsi ilə bağlı idi. Daha çox siyasətçilər təklif edirdilər ki, qanunvericiliyi sərtləşdirmək lazımdır. Biz bunu da etmişik. Yəni bu gün Azərbaycan qanunvericiliyi ağır və xüsusilə ağır cinayətlərlə, məişət zorakılıqları ilə bağlı çox sərt mövqe tutub".

Ə.Hüseynli qeyd edib ki, qanunvericilikdə islahatlar aparılmasına baxmayaraq, cinayətlərin sayı artmaqda davam edir. Onun sözlərinə görə, insanların qarılıqlı münasibəti, mədəni davranış məsələsi cinayətlərin baş verməsində xüsusi rol oynayır: "Amma problem mövcuddur və bir sıra hallarda artmaqda davam edir. Bu onu göstərir ki, səbəb əvvəllər bizə tutulan iradlar deyildi. Amma mən hesab edirəm ki, biz islahat aparmaqla düz etmişik. İndi cəmiyyət bunun səbəbləri barədə düşünməlidir. Səbəbi hazırda vətəndaşlarımız arasında mövcud olan mədəni davranış problemidir. Bu mədəni davranış probleminin içərisində bir çox komponentlər var. Burada insanların bir-biri ilə münasibətləri xüsusi rol oynayır".







3 Noyabr, 2014  14:45 Baxılıb: 748 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner