Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Region gəncləri üçün seçki təlimləri başlayıb

Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “Vətənpərvər Maarifçi Gənclər” ictimai birliyi tərəfindən “Gənclərin seçmək və seçilmək hüququ - regionlarda gənclərin seçki aktivliyinin yüksəldilməsi” layihəsi həyata keçirilir.

İlk olaraq 31 oktyabr -1 noyabr 2014-cü il tarixlərində, Astara rayonunun gəncləri üçün təşkil edilən tədbirin açılışında vətən uğrunda şəhid olmuş övladlarımızın ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin sədri Nəsimi Həsənov iştirakçılara Azərbaycan Respublikasının gənclər siyasəti, vətənpərvərlik və təşkilatın fəaliyyəti barədə qısa məlumat verərək tədbiri açıq elan edib.

Layihənin təlimçisi Ceyhun Abbasov layihənin məqsədi və vəzifələri barədə məlumat verərək bildirib ki, bu təlim vasitəsilə də region gənclərinə demokratiya, seçki, seçmək və seçilmək hüququ anlayışlarının elmi təhlili veriləcək, seçkilərin dövlət və xalq üçün əhəmiyyəti izah ediləcək, bu sahədə mövcud beynəlxalq təcrübə diqqətinə çatdırılacaq.

İctimai Birliyinin sədr müavini Daşqın Rəcəbli gəncərə seçkilər, seçki prosesi, səsvermə və seçkili orqanlar haqqında geniş məlumat verib.

Qeyd edək ki, təlim prosesində  gənclərə özünütəsdiq və seçki aktivliyinin önəmliliyi, ictimai fəallığın təşkilata çevrilməsi yolları, region gənclərinə qeyri-hökumət təşkilatları yaratmağın prosedur qaydaları barədə geniş bilgilər verilib,  təlim prosesinin darıxdırıcı və yorucu olmaması üçün müxtəlif interaktiv yarışlar keçirilib. Gənclərə  xatirə olaraq onlara təlim prosesini xatırladacaq köynəklər və papaqlar verilib.






1 Noyabr, 2014  16:30 Baxılıb: 658 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner