Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycan internet sahəsində önə keçdi - SİYAHI

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 2013-cü ilin nəticələrinə əsasən genişzolaqlı internetin inkişafını əks etdirən hesabatında Azərbaycanın mövqeyi daha da yüksəlib.

Qeyd edək ki, ictnews.az saytının məlumatına görə, reytinqlər BTİ ilə UNESCO-nun rəqəmli inkişafın təşviqi məqsədilə yaratdıqları Genişzolaqlı Rabitə Komissiyası tərəfindən keçirilmiş araşdırmalar əsasında hazırlanıb.

Azərbaycan 17 balla 48-ci yerdə qərarlaşaraq MDB məkanında stasionar genişzolaqlı internetin əhatə dairəsinə görə Rusiyanı, Moldovanı, Qazaxıstanı, Türkiyəni, Gürcüstanı, Ukraynanı, Ermənistanı və İranı geridə qoyub. Azərbaycan genişzolaqlı mobil şəbəkə istifadəçilərinin sayına görə isə 43,9 balla 46-cı yerdədir. Ölkəmiz Qazaxıstan, Litva, Moldova, Belarus, Ermənistan, Gürcüstan və digər MDB ölkələrini, eləcə də, qonşu Türkiyəni geridə qoyub.

İnkişaf edən ölkələrdə internetlə təmin olunmuş ev təsərrüfatlarının sayına görə də Azərbaycan beynəlxalq reytinqdə 51,5 balla 23-cü yerdədir. Bu reytinqdə Türkiyə, İran, Gürcüstan və Ermənistan ölkəmizdən geridə qalıb.

İnternetdən istifadə edən insanların sayına görə ölkələrin reytinqinə əsasən, 58,7 balla 63-cü yerdə olan Azərbaycan Qazaxıstanı, Türkiyəni, Ukraynanı və Ermənistanı qabaqlayıb. Reytinqdə Azərbaycan 58,7 balla 24-cü yeri, MDB məkanında isə birinci yeri tutub. Beləliklə, ölkəmiz regionun liderlərindən olan Qazaxıstan, Türkiyə, Gürcüstan və Ermənistanı geridə qoyub.







3 Noyabr, 2014  09:15 Baxılıb: 807 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner