Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Fuad Ələsgərov dünyada rüşvətin məbləğini xatırlatdı

“Azərbaycanda korrupsiya hallarının qarşısının alınması məqsədilə islahatlar həyata keçirilir”

“Bizim 10 il əvvəl üzləşdiyimiz korrupsiya problemləri ilə indiki korrupsiya halları arasında fərqlər var. Biz də digər inkişaf etmiş ölkələr kimi korrupsiyaya qarşı mübarizə üsullarını təkmilləşdiririk”.

APA-nın məlumatına görə, bunu “Korrupsiyaya qarşı mübarizə forumu”nda Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü Fuad Ələsgərov deyib.

Şöbə müdiri bildirib ki, Britaniya alimlərinin hesablamalarına görə, dünyada ödənilən rüşvətin məbləği 80 milyardı keçir: “Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq konvensiyalara qoşulub. Hazırda ölkəmiz bu sahədə bütün beynəlxalq təşəbbüslərdə fəal iştirak edir”.

F. Ələsgərov korrupsiya törədə biləcək halların qarşısının alınması məqsədilə bir sıra islahatların keçirildiyini də vurğulayıb: “Cəmiyyətimizdə qanunun aliliyi, yüksək rifah, sosial ədalət prinsiplərinin bərqərar olması üçün ölkəmizdə daxili keyfiyyət dəyişikliklərinə, təkamülə nail olmaq üçün islahatlar ardıcıl şəkildə davam etdiriləcək”.






15 Aprel, 2011  15:02 Baxılıb: 1275 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner