Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Rusiya yola gəldi – Ukraynaya qaz veriləcək

Qış ayları yaxınlaşdıqca Türkiyənin Ukraynadan gələn rus qazını daşıyan Qərb Xəttindəki sıxıntılar müsbətə doğru həllini tapıb. Beləliklə, qardaş Türkiyə qaz krizisindən qurtulub.

Simsar.az xəbər verir ki, Rusiya, Ukrayna və Avropa Birliyi ilə Brüsseldə 24 saat davam edən gərgin müzakirələrdən sonra Ukraynaya qaz verməyə razılıq verib.

Rusiya tərəfdən Energetika Naziri Aleksandr Novak, Ukraynadan Energetika Naziri Yuriy Prodan və Avropa Birliyindən AB komissiyasının vitse-prezidenti Günter Ettinger, dünən gecə mətbuat konfransı keçirərək təbii qaz böhranını 2015-ci ilin mart ayına qədər həll etdiklərini açıqlayıblar.

Razılaşmaya görə Ukrayna, Avropa Birliyinin zaminliyi ilə Rusiyaya olan 5.3 milyard dollar borcunun 3.1 milyardını bu ilin sonuna kimi ödəməyi qəbul edib. Borcun geri qalanının aqibəti isə Stokholmda davam edən məhkəmə qərarının nəticəsində məlum olacaq.

Qiymət dəyişməyib

Tərəflər Ukraynanın qazın hər kub metrinə görə 385 dollar ödənəcəyinə razılıq veriblər və bu müddət ərzində rəsmi Moskva qiymətdə heç bir dəyişiklik etməyəcək.

Qeyd edək ki, Rusiya Ukrayna ilə arasında çıxan böhrandan sonra qazın qiymətini 485 dollara yüksəltmişdi.

Vüsal Qarayev






1 Noyabr, 2014  14:45 Baxılıb: 1162 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner