Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezident: "Bir neçə aydan sonra maaşlar və pensiyalar artırılacaq"

Bu sözləri İlham Əliyev aprelin 14-də Masallı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib

“Bu gün biz dünyanın müxtəlif yerlərində münaqişələri, qarşıdurmaları, o cümlədən dini zəmində baş verən toqquşmaları görürük. Bütün bunlar onu göstərir ki, hər bir ölkə ancaq düzgün siyasət nəticəsində inkişaf edə bilər.

Ölkəmizin inkişafı müxtəlif istiqamətlərdə gedə bilər. Bizim seçdiyimiz yol, ən düzgün yoldur”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev aprelin 14-də Masallı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı həm sabitliyin qorunduğunu, həm insanların təhlükəsizliyinin təmin edildiyini, həm də sosial və iqtisadi məsələlərin həll olunduğunu bildirib: “Dünyada mövqeyimiz güclənir. Biz ölkəmiz üçün, dünya üçün çox vacib nəhəng enerji layihələri icra edirik. Bu gün Azərbaycan dövləti müstəqil dövlət kimi tam formalaşıb. Dövlətçiliyimizin əsasları tam şəkildə qurulub və biz bu gün daxili imkanlar hesabına yaşayırıq”.

Prezident qeyd edib ki, ölkədə güclü iqtisadi əsaslar olmasaydı, neft siyasəti düzgün aparılmasaydı, bu gün Azərbaycan ciddi problemlərlə üz-üzə qalardı: “Kim bizə kömək edəcəkdi? Biz indi bölgədə gedən proseslərə müəyyən mənada ikili standartlarla yanaşmanı görürük. Bu barədə mən öz fikirlərimi bildirmişəm. Biz uzun illərdir ki, ikili standartlarla üzləşirik. Bizə əgər kimsə kömək etsəydi belə, yəqin ki, bu köməyi təmənnasız göstərməzdi. Amma bu gün bizim ehtiyacımız yoxdur. Çünki biz özümüz özümüzü təmin edirik. Biz artıq böyük maliyyə resursları yığmışıq, iqtisadi inkişaf gedir. Böhranlı illərdə manatın məzənnəsini sabit saxlamışıq, imkan verməmişik ki, sosial cəhətdən aztəminatlı insanlar əziyyət çəksinlər. Böhranlı 2009-2010-cu və 2011-ci illərdə sosial proqramlar icra edilib. Bir neçə aydan sonra maaşlar və pensiyalar artırılacaq. Suya olan borclar silinir. Budur, bizim siyasətimiz. Bizim siyasətimiz sosialyönümlüdür. Eyni zamanda, biz müstəqilliyin gücləndirilməsi üçün bütün imkanlardan istifadə edirik və edəcəyik. Biz müstəqil yolumuzdan dönməyəcəyik və Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik. Bunu etmək üçün, əlbəttə, hər bir rayonda və hər bir kənddə bütün problemlər həll olunmalıdır. Buna görə mənim bölgələrə səfərlərim, bilirsiniz, mütəmadi xarakter daşıyır. Çalışıram, hətta hər bir kəndə gedim, soruşum ki, əlavə nə etməliyik, harada çatışmayan nəsə varsa, biz onu da düzəldək”.






15 Aprel, 2011  13:17 Baxılıb: 1161 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner