Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

QAT-dan aksiya: BMT Azərbaycanı tərk etməlidir! - FOTOLAR

Qarabağ Azadlıq Təşkilatının bir qrup üzvü girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi ilə bağlı aksiya keçirib. Simsar.az xəbər verir ki, aksiya iştirakçıları BMT-nin girovların taleyinə biganə qalmasına etiraz edib, dərhal məsələyə müdaxilə etməsini tələb ediblər. QAT sədri Akif Nağı BMT nümayəndəliyinin şöbə müdiri Sübhan Əhmədovla görüşüb, aksiyanın qətnaməsini təqdim edib. Aksiya iştirakçıları şüarlar səsləndirib, Azərbaycan və ingilis dillərində “BMT biganəliyə son qoysun”, “Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq!”, “Qondarma “məhkəməyə” son!”, “BMT! Ya bir iş gör, ya çıx get!” və digər plakatları qaldırıblar. Aksiya iştirakçılarının qəbul etdiyi bəyanatda göstərilir: Biz Birləşmiş Millətlər Təşkilatının azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyinə, onların üzərində oyuncaq “məhkəmə prosesi”nin qurulmasına biganə qalmasını qətiyyətlə pisləyirik. BMT Qarabağ münaqişəsi ilə bağlı da qətiyyətli və konkret mövqe tutmur, öz işini qətnamə və qərarların qəbulu ilə bitmiş hesab edir, onların həyata keçirilməsi, işğalçı Ermənistanın cəzalandırılması üçün heç bir addım atmır. İndi də azərbaycanlı girovların taleyinə sanki heç nə olmamış kimi heç bir reaksiya vermir, ermənilərin oyunbazlıqlarını kənar müşahidəçi kimi seyr edir.

BMT dünyanın ən nüfuzlu, ən böyük qurumudur. Bu qurum çox şey edə bilər, amma Azərbaycanla bağlı, Qarabağ münaqişəsi ilə bağlı, azərbaycanlı girovlarla bağlı heç nə etmək istəmir. Biz bunu ikili standartlar siyasətinin aydın təzahürü hesab edirik. BMT-nin və digər beynəlxalq qurumların bu cür laqeyd və məsuliyyətsiz siyasətinin nəticəsidir ki, işğalçı Ermənistan istədiyini edir və cəzasız qalacağına əminlik nümayiş etdirir.

Beynəlxalq qurumlar özlərini bilməməzliyə qoyur, sanki nə baş verdiyini görmürlər. Kar və kor beynəlxalq təşkilatların nəzərinə bir daha çatdırırıq ki, 3 azərbaycanlı- Həsən Həsənov, Dilqəm Əsgərov və Şahbaz Quliyev öz doğmalarının məzarını ziyarət etmək üçün Azərbaycanın Kəlbəcər bölgəsinə getmişdi. Ermənilər Həsən Həsənovu vəhşicəsinə qətlə yetirdilər, meyiti 2 ay saxladıqdan sonra Azərbaycana qaytardılar. Dilqəm Əsgərov və Şahbaz Quliyev isə hələ də əsirlikdədirlər. Onlara işgəncələr verir, indi də onların üzərində oyuncaq “məhkəmə prosesi” qururlar, etmədikləri cinayəti onların boynuna qoymağa çalışırlar.

Bütün bunları nəzərə alaraq hesab edirik:

1. BMT Baş katibi, Təhlükəsizlik Şurası dərhal bu məsələ ilə bağlı qərar qəbul etməli, oyuncaq “məhkəmə prosesi”nə son qoyulması, Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal azad edilməsi üçün qətiyyətli tədbirlər görməlidirlər.

2. Əks halda, Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyinin fəaliyyətinə heç bir ehtiyac yoxdur. Nümayəndəlik fəaliyyətini dayandırıb, Azərbaycanı tərk etməlidir.

Biz hər bir Azərbaycan vətəndaşını, ictimai, siyasi qurumları bu məsələdə fəal olmağa, girovlarımızın tezliklə geri qaytarılması üçün səylərini əsirgəməməyə çağırırıq.






31 Oktyabr, 2014  16:00 Baxılıb: 732 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner