Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezident Ələt-Astara–İran dövlət sərhədi avtomobil yolunda aparılan tikinti işləri ilə tanış olub

Dövlət başçısı yeni yolun tikildiyi əraziyə gedib

Azərbaycan prezidenti İlham Əliyev ölkənin cənub bölgəsinə səfəri çərçivəsində Ələt-Astara–İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunda aparılan tikinti və yenidənqurma işləri ilə tanış olub.

APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, dövlət başçısı yeni yolun tikildiyi əraziyə gedib.
Nəqliyyat naziri Ziya Məmmədov prezident İlham Əliyevə yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verib. Bildirildi ki, 2009-cu ilin martında inşasına başlanılan Ələt-Astara–İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu əvvəllər 243 kilometr olub. Layihələndirmə zamanı daha optimal marşrutlar seçilib və yenidənqurma nəticəsində yol 38 kilometr qısaldılaraq 205 kilometr olacaq. Ələt yaxınlığında salınan yeni yolun eni 27,5 metr, hərəkət hissəsi dördzolaqlıdır. Burada iki yolötürücünün tikintisi başa çatmaq üzrədir. Hər biri dördzolaqlı olmaqla, yolötürücülərin birinin uzunluğu 86,6 metr, digərinin uzunluğu isə 101 metrdir. İndiyədək layihə üzrə tikinti-quraşdırma işləri 87 faiz yerinə yetirilib. Tikinti işlərinin 2011-ci ilin sonunda tamamlanması planlaşdırılıb.
Yolun geniş olması avtomobillərin paytaxta və əks istiqamətə sərbəst və maneəsiz hərəkətinə imkan yaradacaq.
Prezident İlham Əliyev tikinti və yenidənqurma işlərinin vaxtında və keyfiyyətlə başa çatdırılması, həmçinin magistralın keçdiyi ərazilərdə abadlıq işlərinə diqqət yetirilməsi ilə bağlı tapşırıqlarını verib.






15 Aprel, 2011  02:10 Baxılıb: 1244 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner