Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Xalq artisti və qızı Vyanada kosnert verdi

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Azərbaycanın Xalq Artisti Alim Qasımov və Əməkdar Artist Fərqanə Qasımova Avstriyada qastrol səfərindədirlər.

Simsar.az xəbər verir ki, Alim və Fərqanə Qasımovlar  Azərbaycan Mədəniyyət Mərkəzində birgə konsert proqramı ilə çıxış ediblər.

Konsertdən öncə mərkəzin direktoru Leyla Qasımova çıxış edərək, hər iki muğam ifaçısının yaradıcılığı haqqında məlumat verib, onların nəinki Azərbaycan, eləcə də ölkə hüdudlarından kənarda geniş tanındıqlarını qeyd edib. Bildirilib ki, Alim və Fərqanə Qasımovlar ecazkar səsləri və ifa tərzi ilə Azərbaycan muğam sənətini bütün dünyada ən peşəkar səviyyədə təmsil edirlər.

Sonra Alim Qasımov və Fərqanə Qasımova Azərbaycan muğamları, xalq və bəstəkar mahnılarından ibarət rəngarəng konsert proqramı ilə çıxış ediblər. Konsertdə “Dilkeş” və “Rast” təsnifləri, “Çahargah” muğamı və digər musiqi kompozisiyaları musiqisevərlərin ruhunu oxşayıb. Xanəndələrin ifası sürəkli alqışlarla müşayiət olunub.

Konsertdən sonra tədbir  iştirakçılarına ziyafət verilib.

 






31 Oktyabr, 2014  11:10 Baxılıb: 914 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner