Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ordu və kürdlər məğlub durumda - "İŞİD" İraqı tutacaq?

“Agence France-Presse”in Vaşinqtondan verdiyi xəbərdə deyilir ki, ABŞ-ın yüksək rütbəli zabiti cümə axşamı bəyan edib ki, təmsil etdiyi ölkə İraqın Anbar vilayətinə amerikanın hərbi məsləhətçilərini göndərməlidir. Həmin ərazidə isə İŞİD-lə İraq hökumətinə bağlı hərbi qüvvələr arasında savaş gedir. Maraqlıdır ki, bu bəyanatda bir şərt də irəli sürülüb. Şərt isə ondan ibarətdir ki, İraqın şiə  hökuməti sünni tayfaların silahlanmasını təmin etməlidir.

General Martin Dempsey Amerika hərbçiləri adından ilk dəfə açıq şəkildə bəyan edib ki, sözügedən əraziyə hərbi məsləhətçilər göndərmək gərəkir. Həmin ərazidə İraq ordusu İŞİD-lə savaşda böyük itkilər verir və uğrusuzluqla üzləşib.

Agentlik bildirir ki, general bu bəyanatı mətbuat konfransında səsləndirib.

Agentlik xatırladır ki, ABŞ artıq Bağdada və Ərbilə 600 amerika hərbi məsləhətçisi göndərib. Bu məsləhətçilər yerlərdə İraq və kürd ordusuna yardım edirlər. Onlar daha çox ABŞ-ın endirdiyi hava zərbələrini yerli hərbçilərlə uzlaşdırırlar. Amerikalı məsləhətçilər Bağdad və Ərbildən olan hərbçilərlə birgə işləmirlər. Onlar hər iki şəhərdəki hərbi komandanlıqla məsələləri yoluna qoyurlar.

General onu da bildirib ki, İraq ordusu hazırda müdafiə vəziyyətindədir və çətin ki, Abu Nimer yaxınlığında ağır vəziyyətdə olan sünni tayfalara yardım edə bilsin.

Xəbərdən aydın görünür ki, İraq hökuməti və kürdlər ABŞ və onunla alyansda olan ölkələrin yardımına baxmayaraq, İŞİD-ə qarşı uğurlu hərbi əməliyyatlar keçirə bilmirlər. Rəsmi Vaşinqton problemi həll etmək üçün yeni-yeni üsullara əl atmalı olur. İraqa hərbi məsləhətçilərin göndərilməsinə edilmiş çağrış da məhz bu zəruriyyətdən irəli gəlib.






31 Oktyabr, 2014  09:23 Baxılıb: 698 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner