Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

"Xankəndində aeroport tikmək qadağandır!"

AŞPA bəyanat verdi

Avropa Şurası Parlament Assambleyasında Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərində aeroport tikintisini dayandırmasını tələb edən yazılı bəyanat qəbul olunub.

APA-nın Avropa bürosunun verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın hazırladığı yazılı bəyanatı AŞ PA-nın müxtəlif ölkələrdən olan 20-dən artıq üzvü imzalayıb.

Bəyanatda bildirilir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında, işğal altında olan Dağlıq Qarabağ bölgəsində bütün beynəlxalq hüquq normalarına zidd olaraq, aeroport tikintisi həyata keçirir: “Rəsmi İrəvanın bu addımları beynəlxalq hüquq normaları ilə yanaşı, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə dair 4 qətnaməsinə, Ermənistanın AŞ qarşısında üzərinə götürdüyü öhdəliyə və AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnaməsinə tamamilə ziddir. Azərbaycanın işğal olunmuş ərazilərində aeroport tikintisinin həyata keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə dair ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə də böyük bir zərbədir. Eyni zamanda, Ermənistanın bu addımı bölgədə onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirib. Ermənistan prezidenti Serj Sərkisyanın Azərbaycanın işğal olunmuş ərazisində inşa olunan aeroporta enəcək təyyarənin ilk sərnişinin məhz özünün olacağı ilə bağlı açıqlamaları beynəlxalq hüquqa, Ermənistanın Avropa Şurası qarşında üzərinə götürdüyü öhdəliklərə, AŞPA-nın 1416 saylı qətnaməsinə tamamilə ziddir. Bütün bunları nəzərə alaraq, AŞPA Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında aeroport inşa etməsi addımını qətiyyətlə pisləyir və narahatlığını ifadə edir. AŞPA rəsmi İrəvanı aeroportun tikintisini dayandırmağa, bu cür addımlar atmaqdan və bəyanatlar verməkdən çəkinməyə, münaqişənin tənzimlənməsinə dair addımlar atmağa, işğal etdiyi Azərbaycan torpaqlarının azad etməyə və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan verməyə çağırır və tələb edir”.






14 Aprel, 2011  23:19 Baxılıb: 1203 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner