Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

5476 irubuynuzlu heyvanda “Nodulyar dermatit” aşkarlanıb – DBX

“Azərbaycanda iribuynuzlu heyvanlar arasında yayılan "Nodulyar dermatit" virusunun dinamikasında xeyli dərəcədə azalma müşahidə olunur”. Bunu Simsar.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli deyib.

O, bildirib ki, xəstəlik baş qaldırandan bu günə kimi 5476 baş iribuynuzlu heyvanda müşahidə edilib. Artıq  4411 baş heyvan  müalicə olunub.Hazırda 814 iribuynuzlu müalicə altındadır.

DBX rəsmisi "Nodulyar dermatit" virusu baş qaldırandan indiyə qədər yayılmış virusla yanaşı gedən digər  xəstəliklərin təsirindən 251  baş heyvanın  tələf olduğunu deyib.  Ən son aldığımız məlumata görə isə ölkə üzrə cəmi 20 baş heyvanda toluxma qeydə alınıb.

Y.Xanvəli xəstəliyə yoluxma hallarının azalmasının aparılan profilaktik tədbirlər, dizenfeksiya işləri, müalicə tədbirlərinin və son günlər havaların sərinləməsi ilə bağlı olduğunu qeyd edib.

“Havaların soyuması qansoran həşaratların fəaliyyətində zəiflik yaratdığından son 3-4 günün nəticəsinə uyğun olaraq, xəstəliyin azalması müşahidə olunur”.

DBX rəsmisi deyib ki,  xəstəlik 32 rayonda qeydə alınıb. Hazırda Saatlı, Sabirabad, Salyan, Bərdədə, Ağdaş, İmişli rayonlarında "Nodulyar dermatit" virusuna yoluxma üstünlük təşkil edir.

Onun sözlərinə görə, xəstəlik ölkəmizdə qeydə alındığı ilk gündən Kənd Təsərrüfatı Nazirliyinin göstərişi ilə müayinə üçün lazım olan testlər qısa müddətdə alınaraq respublikaya gətirilib. Virusun qarşısını almaq məqsədi ilə bütün rayonlar lazımı tibbi preparatlarla təmin edilib və bütün tədbirlər bu tədbirlər dövlət hesabına aparılır.

Xatırladaq ki, "Nodulyar dermatit" virusu ölkənin daha çox Aran və Qarabağ bölgəsindəki iribuynuzlu heyvanlar arasında yayılıb. Ancaq iribuynuzlular arasında baş qaldıran “Nodulyar dermatit” virusu bu ilin əvvəlindən İran və Türkiyəyə yaxın ərazilərimizdə qeydə alınıb.  "Nodulyar dermatit" xəstəliyi qısamüddətli isitmə, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi, dərialtı toxumalarda düyünlərin və nekrozların əmələ gəlməsi ilə səciyyələnir.

Aysel Kərimova






30 Oktyabr, 2014  16:06 Baxılıb: 1226 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner