Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Əfv olunan “Nida”çı YAP-a üzv oldu

“Nida” təşkilatının keçmiş üzvü Elsevər Nəsrəddin oğlu Mürsəlli Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün ərizə ilə müraciət edib.

Simsar.az xəbər verir ki, o YAP Xaçmaz rayon təşkilatına ünvanladığı müraciətdə “Nida” təşkilatına qoşulmasını səhv yol kimi qiymətləndirib və bilmədən bu yola qoşulduğunu dərk etdiyini xüsusi vurğulayıb. Elsevər Mürsəlli YAP-a üzv olmaq üçün etdiyi müraciətində Azərbaycanda dinamik inkişafın olduğunu qeyd edərək, “qəti qərara gəldim ki, mən də ölkəmizin bu cür inkişafına biganə qala bilmərəm, hansı sahədə olursa-olsun, öz gücümü bu inkişafa sərf edəcəyəm və qərara gəldim ki, bu inkişafın önündə gedən Yeni Azərbaycan Partiyasının sıralarına daxil olum” – deyə, qeyd edib.

Qeyd edək ki, keçmiş “Nida”çı Elsevər Mürsəlli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv haqqında Sərəncama əsasən  azadlığa buraxıldıqdan dərhal sonra Heydər Əliyevin məzarını ziyarət edib, öz adından və ailəsi adından dövlət başçısına təşəkkürünü bildirib.






30 Oktyabr, 2014  13:31 Baxılıb: 752 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner