Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazir sahibkarların sədri ilə Memorandum imzaladı – FOTOLAR

Bu gün Təhsil Nazirliyi ilə Sahibkarlar (İşə götürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. Sənədi təhsil naziri Mikayıl Cabbarov və ASK-nın prezidenti Məmməd Musayev imzalayıb. Simsar.az xəbər verir ki, Memorandum sahibkarlarla Təhsil Nazirliyi arasında əlaqələrin daha da inkiaşf etdirilməsi, azad sektorda çalışan sahibkarlarla sosial partnyorluğun yaradılması, iqtisadiyyatın sürətli inkişafı şəaitində yeni texnologiyaları mənimsəmiş kadrların hazırlanmasında birgə fəaliyyəti nəzərdə tutur.

İmzalanma mərasimində çıxış edın təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda təhsil sahəsinə dövlət səviyəsində xüsusi diqqət göstərildiyini vurğulayıb. Ölkə prezidentinin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” bu sahəyə verilən önəmi bir daha sübut edir.

Mikayıl Cabbarov son dövrlər bu sahədə işlərin intensivləşdiyini xatırladıb: “Müxtəlif ali təhsil müəssisələrində sahibkarlaırn iştirakı ilə məzunlar üçün əmək yarmarkaları keçirilməsi, peşə təhsili məktəblərində tədrisə sahibkalrın cəlb olunması, tələbələrin sahibkarlıq müəssisələrində təcrübə keçməsi ilə bağlı fəaliyyətin artırılması Təhsil Nazirliyinin biznes dünyası ilə əlaqələrinin genişləndirilməsi sahəsində həyata keçirdiyi işlərin görünən hissəsidir”.

Nazir vurğulayıb ki, hazırda peşə təhsili məktəblərini bitirənlərin 75%-i işlə təmin olunur.

Nazir sahibkarlara biznesin strateji hədəflərini müəyyənləşdirərkən kadr ehtiyatının hazırlanması işini unutmamağı tövsiyə edib. Tələbələrin innovativ ideyalarının dəstəklənməsi, xüsusi təqaüdlərin təsis edilməsi gələcəyin praqmatik düşüncəli mütıxəssislərinin hazırlanmasına verilən ən böyük töhfədir.

ASK-nın prezidenti Məmməd Musayev isə çıxışında Azərbaycanda sahibkarlığınvəziyyətindən və naizlriklə adı çəkilən qurum arasında imzalanan Memorandumun əhəmiyyətindən danışıb. M.Musayev də kadr ehtiyatında savadlı gənclərin yetişdirilməsinin vacibliyini vuröulayıb və bu istiqamətdə əməkdaşlığa həmişə hazır olduğunu bildirib.

Aysel Kəimova






30 Oktyabr, 2014  12:48 Baxılıb: 868 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner