Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Polis aprelin 17-i qətiyyətli olacaq

DİN eyni mövqe göstərəcək

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) İctimai Palatanın (İP) aprelin 17-də Bakının mərkəzində mitinq keçirmək barədə qərarına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya açıqlamasında deyib ki, Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda kütləvi aksiyaların keçirilməsi üçün müvafiq yer ayırıb: “Bakı Şəhər İcra Hakimiyyəti müxalifət partiyalarına konkret ərazidə mitinq keçirməyə razılıq verib. Əgər onlar həmin yerdə mitinq keçirərsə, polis əməkdaşları qanuna müvafiq olaraq ictimai asayişi və aksiya iştirakçılarının təhlükəsizliyini təmin edəcək. Əks halda, onlar Bakının mərkəzi küçə və meydanlarında icra hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirməyə, ictimai asayişi pozmağa cəhd göstərərlərsə, aksiyanın qarşısı qətiyyətlə alınacaq”.


Bakı Şəhər İcra Hakimiyyəti İP-nın mitinq keçirməklə bağlı müraciətinə cavab verib. Bakı Şəhər İcra Hakimiyyəti “Nərimanov” kinoteatrının qarşısındakı meydanda kütləvi etiraz aksiyası keçirməyə razılıq verməyib. Əvəzində aksiyanın Bibiheybət qəsəbəsi, 20-ci sahə yaşayış massivi, Elçin Əzizov küçəsində yerləşən Sürücülük Məktəbinin həyətindəki meydançada keçirilməsi təklif edilib.

İctimai Palata isə mitinqi aprelin 17-də saat 16.00-dan 18.00-dək “Sahil” bağında keçirməyə qərar verib.






14 Aprel, 2011  22:14 Baxılıb: 1159 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner