Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakıda polisi aldadan şəxsə- Ağır cəza

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gecə klubuna partlayıcı qurğu qoyulması barədə hüquq-mühafizə orqanlarına yalan məlumat verən Ziya Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Simsar.az lent.az-a istinadən xəbər verir ki,  hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ziya Səfərov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin iyulun 1-də, saat 23.00 radələrində naməlum şəxs taksafondan Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə zəng edərək paytaxtın Nizami rayonu Q.Qarayev prospektində yerləşən “Plaza” gecə klubunda partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat verib. Dərhal müvafiq tədbirlər görülüb və məlumat təsdiqini tapmayıb.

Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bilə-bilə yalan məlumatı verən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ziya Səfərov tutulub.






29 Oktyabr, 2014  23:52 Baxılıb: 746 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner