Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Türk-Ərəb Qurultayında Qarabağ müzakirəsi

İstanbulda Üçüncü Türk-Ərəb Gənclər Qurultayı keçirilib. İstanbul Böyükşəhər Bələdiyyə Gənclik Məclisinin Xarici Əlaqələr Komissiyasının dəstəyi ilə üç gün davam edən qurultaya dünyanın müxtəlif ölkələrindən seçilən gənclər qatılıb. Burada İqtisadiyyat və Sahibkarlıq Komissiyası, Siyasi Məsələlər Komissiyası və Humanitar və Sosial Əlaqələr Komissiyası daxilində intensiv seminarlar təşkil edilib.

Simsar.az-ın məlumatına görə, Humanitar və Sosial Əlaqələr Komissiyasında Azərbaycan təmsilçiləri Qarabağ probleminin tarixi, qaçqın və köçkünlərin qarşılaşdığı çətinliklər, həmçinin konfliktin həlli yollarına toxunaraq müzakirələr aparıblar.

Qurultayın məqsədi Yaxın Şərqdə davam edən çətinliklərə ortaq həll tapmağa çalışan və bölgənin gələcəyinə dair yeni baxış formalaşdıran gənc intellektualları bir yerə toplamaq olub.

İstanbul Konqres Mərkəzində qurultayın təntənəli rəsmi açılışı olub. Qurultayda baş nazirin köməkçisi Numan Kurtulmuş və prezidentin baş katibinin müavini İbrahim Kalın və eləcə də türk iş qadını, Türkiyə prezidentinin qızı Sümeyye Erdoğan çıxış edib. Panellərdə pedaqoqların, jurnalistlərin və siyasətçilərin bölgənin aktual problemlərinə dair məruzələri dinlənilib.

 

Xatırladaq ki, 3-cü Türk-Ərəb Qurultayına bu il 3443 ərizə forması daxil olub və diqqətli seçim prosesi nəticəsində 75 nümayəndə iştirak hüququ qazanıb. Qurultay hər bir millətin nümayəndəsi üçün açıqdır və davamlı olaraq gələn ildə keçirilməsi nəzərdə tutulur.






29 Oktyabr, 2014  21:43 Baxılıb: 770 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner