Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Bulvar” dənizə doğru daha da genişlənəcək - Açıqlama

“Dənizkənarı Bulvar dənizə doğru 70-100 metr genişləndiriləcək”.

Simsar.az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.

Onun sözlərinə görə, Dənizkənarı Bulvarın Şıx çimərliyindən Zığ qəsəbəsinin ərazisinədək uzadılması üçün sahil bərkitmə işləri həyata keçiriləcək, Böyük Şor gölü ilə Xəzər dənizi arasında ekoloji dəhliz-yaşıl zolağı yaradılacaq.

Cahangir Qocayev qeyd edib ki, Bakının Regional İnkişaf Planında turizm məqsədilə su hövzələrinin təmizlənməsi və regional parklara çevrilməsi də nəzərdə tutulub.

“İnkişaf Planında sanatoriya-müalicə və istirahət mərkəzlərinin bərpa edilməsi və müasirləşdirilməsi də yer alıb. Bu Plan təsdiq olunarsa, Bibiheybət qəsəbəsi müasir zona kimi inkişaf etdiriləcək. Bundan başqa şəhərin mərkəzindəki tarixi abidələrin mühafizəsi məqsədilə Şəhər Mühafizə Zonası yaradılacaq. Masazır və Hökməlinin yaxınlığındakı palçıq vulkanlarının ətrafında bufer zonaları salınacaq”, - deyə C.Qocayev əlavə edib.






29 Oktyabr, 2014  20:04 Baxılıb: 742 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner