Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

100-dən artıq sürücü cəzalandırıldı

Son günlər Bakıda avtobusların iştirakı ilə qeydə alınan yol nəqliyyat hadisələrinin və kobud qayda pozuntularının sayının artması Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyini də narahat edib.

Simsar.az avtosfer.az-a istinadən xəbər verir ki, bununla əlaqədar Bakı şəhər DYPİ və Nəqliyyat Nazirliyi əməkdaşlarından ibarət qruplar ayrı-ayrılıqda iki gündür paytaxt ərazisində avtobuslarla bağlı kütləvi reydlərə başlayıblar.

Reyddə DYP əməkdaşları avtobusları dayanacaqdan kənarda saxlayan, yolun hərəkət hissəsini zəbt edən, svetoforun qırmızı işığında hərəkət edən, qoşa xəttin tələbini pozaraq qəza şəraiti yaradan 100-dən artıq avtobus sürücüsünü inzibati qaydada cəzalandırıb.

Reyd zamanı rast gəlinən əsas qayda pozuntuları avtobus sürücülərinin svetoforun qırmızı işığında hərəkət etməsi, qoşa xəttin tələbini pozaraq qəza şəraiti yaratması və dayanacaqdan kənarda saxlayıb sərnihin dühürüb-mindirməsi olub.

Digər nəqliyyat vasitələrinə problem yaradan, sərnişindaşıma qaydalarını kobud şəkildə pozaraq insanların həyatını təhlükəyə atan avtobuslar saxlanılıb. Sənədlərin yoxlanılması zamanı isə daha çox qayda pozuntuları aşkarlanıb.

Məlum olub ki, avtobus sürücüləri arasında sənədsiz, müvafiq kateqoriyası olmayan, eləcə də təyin olunmuş cəriməni 2 ay müddətində ödəməyənlər də var.

Qeyd edək ki, bu ilin 9 ayı ərzində Bakıda avtobusların iştirakı ilə 40 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb, 40 nəfər yaralanıb.






29 Oktyabr, 2014  18:42 Baxılıb: 661 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner