Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əbülfəs Qarayev küveytli həmkarı ilə görüşdü

Oktyabrın 29-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Küveytin informasiya naziri və gənclər məsələləri üzrə dövlət naziri Şeyx Salman Sabah Salim Əl-Hamud Əs-Sabahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Simsar.az xəbər verir ki, Əbülfəs Qarayev iki ölkə arasında mədəni əlaqələrlə bağlı müqavilə imzalandığını qeyd edərək bu sahədə bir çox işlər görüldüyünü, bir sıra mədəni tədbirlər həyata keçirildiyini söyləyib. Nazir 2013-cü ildə Azərbaycanda Küveyt mədəniyyət günlərinin baş tutduğunu diqqətə çatdırıb. Həmçinin Küveytdə də Azərbaycan mədəniyyət günlərinin keçirildiyini vurğulayıb.

Ə.Qarayev Küveyt dövlətinin beynəlxalq səviyyəli forumlarda və tədbirlərdə həmişə Azərbaycanın haqq işini dəstəklədiyini məmnunluqla ifadə edib.

Nazir fürsətdən istifadə edərək qonaqları gələn il ölkəmizdə keçiriləcək Üçüncü Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumunda iştiraka dəvət edib.

Küveytin mədəniyyət nazirinin salamlarını çatdıran qonaq bundan sonra da ölkələrimiz arasında mədəni sahədəki əməkdaşlıq əlaqələrinin davam etdiriləcəyini vurğulayıb.






29 Oktyabr, 2014  18:29 Baxılıb: 575 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner