Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Xətai rayonunda daha bir cinayət: 1 ölü, 2 yaralı

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu ötən gün Bakıda baş verən qətllə bağlı birgə məlumat yayıb.

Bakı Şəhər Prokurorluğundan Simsar.az-a verilən məlumata görə,  oktyabrın 28-də saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində fəaliyyət göstərən çörək zavodunun qarşısında həmin zavodda fəhlə işləyən Abdullayev Orxan Yasin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özündə olan bıçaqla zavodda sürücü və fəhlə işləyən Kərimov Elşad Fariz oğlu, Süleymanov Anar Əhliman oğlu və Cəbrayılzadə Ömər Şahin oğluna çoxsaylı bədən xəsarətləri yetirərək hadisə yerindən qaçması və E.Kərimovun aldığı xəsarətlərdən xəstəxanada ölməsi faktına görə  rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu, həmçinin Xətai rayon hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən O.Abdullayev tutularaq istintaqa cəlb olunub, cinayətin aləti olan bıçaq maddi sübut kimi götürülüb.

Hazırda iş üzrə Bakı şəhər Prokurorluğunun İstintaq idarəsində zəruri istintaq tədbirləri davam etdirilir.







29 Oktyabr, 2014  18:18 Baxılıb: 851 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner