Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Narkotacirlər ələ keçirildi - ƏMƏLİYYAT

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Astara Rayon Polis Şöbəsinin əməkdaşları Nazirliyin Xüsusi Təyinatlı Polis Qüvvələri cəlb edilməklə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar qrupun üzvlərini müəyyən edərək zərərsizləşdiriblər.

Axar.az DİN-in rəsmi saytına istinadən xəbər verir ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin rayonun sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuşlar - Rəvan Rüstəmov, İqrar Mirzəyev, Ələddin Məmmədov, Akif Nuriyev, Gülxan Əliyev və Abuzər Əhədovdan ibarət mütəşəkkil dəstənin üzvləri saxlanılıblar.

Baxış zamanı onlardan və yaşadıqları evlərdən ümumi çəkisi 2,6 kiloqramdan artıq narkotik vasitə, o cümlədən 1,4 kiloqram tiryək, 703 qram heroin, 474 qramdan çox həşiş qətranı, 100,38 qram amfetaminlər qrupuna daxil olan metilamfetamin, 7 patronu ilə birlikdə 1 "Naqan" tipli tapança, 98 gülləsi ilə birlikdə 1 pnevmatik tapança, elektron tərəzi və 1 maska aşkar edilərək götürülüb.

Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 






29 Oktyabr, 2014  17:18 Baxılıb: 928 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner