Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Mədəni Marşrutlar üzrə illik Məşvərət Forumu işə başlayacaq

Oktyabrın 30-da Bakıdakı JW Marriott Hotel Absheron Baku hotelində Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi proqramının bir hissəsi kimi 2014-cü il Mədəni Marşrutlar üzrə illik Məşvərət Forumu işə başlayacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə Avropa Şurasının Avropa Mədəni Marşrutlar İnstitutu (Lüksemburq) və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkil etdiyi foruma Avropa Şurasının 29 mədəni marşrutlarını təmsil edən şəxslər, Mədəni Marşrutlar üzrə Genişləndirilmiş Hissəvi Sazişin 23 üzv dövlətinin mədəniyyət və irs sahəsində çalışan təmsilçiləri, digər təşkilatların nümayəndələri, alimlər, mütəxəssislər, mədəni turizm sahəsində peşəkarlar qatılacaqlar.

Forumun açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Avropa Şurasının Demokratiya üzrə baş direktoru Snejana Samardziç-Markoviç çıxış edəcək. Forum mədəni marşrutların fəaliyyətinin təqdim edildiyi, uğurlu təcrübələrin paylaşıldığı və tematik seminarlarda mövcud problemlərin müzakirə edildiyi illik tədbirdir. İki gün davam edəcək forum çərçivəsində aşağıdakı mövzularda seminarlar keçiriləcək: Turizm sosial birlik və dialoqun aparıcı qüvvəsi kimi; Mədəni marşrutlar mədəniyyətlərarası dialoqun istiqamətləri kimi - keçmiş, indi və gələcək; Sosial birlik iqtisadiyyatı - davamlı iqtisadi inkişaf naminə mədəni marşrutlar; Avropa Şurasının mədəni marşrutları boyunca "müharibə və sülh"; Mədəni marşrutlar Avropa yaddaşının və yaşadılan tarixin qoruyucuları kimi.

Forumun birinci günü keçiriləcək plenar sessiyada "İnsbrukdan Bakıya - 2013-cü il" forumundan bu vaxta qədər əldə olunan nailiyyətlər müzakirə olunacaq. Oktyabrın 31-də mədəni marşrutlar üzrə nümayəndələrin qapalı görüşü də keçiriləcək.

Günel







29 Oktyabr, 2014  16:23 Baxılıb: 923 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner