Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Korrupsiyaya Qarşı Mübarizə Komissiyası toplaşır

İlk rübdə mübarizə sahəsində görülən işlərin vəziyyəti müzakirəyə çıxarılacaq

Yaxın günlərdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın növbəti iclası keçiriləcək. Bu barədə Simsar.az-a hakimiyyətdəki etibarlı mənbə məlumat verib.  

Bildirilir ki, İclasda Prezident Administrasiyasının məsul əməkdaşları, mərkəzi icra hakimiyyəti, hüquq mühafizə və digər dövlət orqanları, təhsil müəssisələri rəhbərləri, Bakı şəhəri və paytaxt rayonları icra hakimiyyəti başçılarının iştirakı gözlənilir.

Komissiyanın sədri Ramiz Mehdiyev Nazirlər Kabinetinin 14 yanvar 2011-ci il tarixli iclasında dövlət başçısının vurğuladığı nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün görülən işlər barədə məlumat verəcək, həmçinin bu sahədəki problemləri diqqətə çatdıracaq.

Antikorrupsiya tədbirlərinə start verilməsindən üç ay keçir. Üc ay öncə Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında iqtisadiyyatdakı inhisarçılıq meyillərinin qarşısını almağı, azad rəqabət mühitinin yaradılmasını təmin etməyi, vergidən yayınma hallarına qarşı təsirli tədbirlər görməyi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməyi, hakimiyyət orqanlarının apardığı əsassız yoxlamalara son qoymağı, ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizə aparmağı aidiyyəti dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyənləşdirib.

Ramil






14 Aprel, 2011  21:35 Baxılıb: 1333 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner