Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Yol polisi 200 avtobus sürücüsünü cəzalandırdı – REYD - VİDEO

Son günlər Bakıda avtobusların iştirakı ilə qeydə alınan yol nəqliyyat hadisələrinin və kobud qayda pozuntularının sayının artması Bakı şəhər Dövlət  Yol Polisi İdarəsini rəhbərliyini də narahat edib. Bununla əlaqədar olaraq Bakı şəhər DYPİ-nin və Nəqliyyat Nazirliyinin əməkdaşlarından ibarət qruplar ayrı-ayrılıqda iki gündür paytaxt ərazisində avtobuslarla bağlı kütləvi reydlərə başlayıb. Bu gün keçirilən reyddə Avtosfer.az-ın da əməkdaşı iştirak edib. Reyddə DYP əməkdaşları dayanacaqdan kənarda saxlayan, yolun hərəkət hissəsini zəbt edən, svetoforun qırmızı işığında hərəkət edən, qoşa xəttin tələbini pozaraq qəza şəraiti yaradan 100-dən artıq avtobus sürücüsünü inzibati qaydada cəzalandırıb. Reyd zamanı rast gəlinən əsas qayda pozuntuları avtobus sürücülərinin svetoforun qırmızı işığında hərəkət etməsi, qoşa xəttin tələbini pozaraq qəza şəraiti yaratması və dayanacaqdan kənarda saxlayıb sərnihin dühürüb-mindirməsi olub. Digər nəqliyyat vasitələrinə problem yaradan, sərnişindaşıma qaydalarını kobud şəkildə pozaraq insanların həyatını təhlükəyə atan avtobuslar saxlanılıb. Sənədlərin yoxlanılması zamanı isə daha çox qayda pozuntuları aşkarlanıb. Məlum olub ki, avtobus sürücüləri arasında sənədsiz, müvafiq kateqoriyası olmayan, eləcə də təyin olunmuş cəriməni 2 ay müddətində ödəməyənlər də var. Onların arasında elələrinə rast gəlindi ki, hətta DYP-nin Mərkəzi Məlumat Xidməti (MMX) sistemində bir avtobusun 10-12 ödənilməmiş cəriməsi üzə çıxıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin hissə rəisi, mayor İlqar İbraşimovun Avtosfer.az-a verdiyi məlumata görə, ümumilikdə, son iki gün ərzində Bakı şəhərində keçirilən reyd zamaı 200 avtobus sürücüsü barəsində inzibati protokol tərtib olunub. Onların arasında kobud qayda pozuntularına yol verən, sənədsiz avtobus idarə edən, sərnişindaşıma qaydalarını pozan sürücülər çoxluq təşkil edir. Həmin sürücülərdən 100-nün idarə etdiyi avtobuslar DYP-nin cərimə meydançalarına qoyulub: «Əksər hallarda dayanacaqdan kənarda saxlayan avtobuslara rast gəldik. Onlar bununla sərnişinlərin həyatını təhlükəyə atırlar. Avtobus sürücülərinin bu cür kobud qayda pozuntularına yol verməsi nəticəsində ağır yol nəqliyyat hadisələri baş verir. Buk imi hallara qarşı mübarizə tədbirləri davam etdiriləcək».

İlqar İbrahimov onu da əlavə edib ki, iki gün ərzində keçirilən reyd zamanı avtobus dayanacaqlarını zəbt edən 61 taksi sürücüsü barəsində də tədbir görülüb və onların hər biri 40 manat cərimələnib.

DYP əməkdaşları tərəfindən saxlanılan avtobus sürücülərinin isə narazılığı ondan ibarət oldu ki, plan çoxdur, avtobuslar arasındakı interval isə az. Odur ki, onlar planı doldurmaq üçün qayda pozmağa məcbur olurlar. Eyni zamanda, intervalı pozmamaq üçün qayda pozduğunu etiraf edən avtobus sürücüləri də oldu. Bundan başqa, onların şikayətlərindən biri də bu idi ki, avtobus dayanacaqları balacadır, avtobuslar isə iri həcmli olduğu üçün bəzən bir dayanacağa bir avtobus girən kimi qalanları dayanacaqdan kənarda saxlamaq məcburiyyətində qalırlır.

Qeyd edək ki, bu ilin 9 ayı ərzində Bakıda avtobusların iştirakı ilə 40 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb, 40 nəfər yaralanıb.






29 Oktyabr, 2014  13:22 Baxılıb: 883 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner