Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Təhsil nazirindən “Ən yaxşı” ƏMR

Mikayıl Cabbarov “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında əmr imzalayıb

2013-2014-cü dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Təhsil Nazirliyin   mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, “Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanına uyğun olaraq, “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri keçiriləcək.

Əmrə əsasən, 2013-2014-cü dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradılıb.

Təşkilat Komitəsinin sədri:

Firudin Qurbanov- Azərbaycan Respublikası təhsil nazirinin müavini

Təşkilat Komitəsinin üzvləri:

Mətin Eynullayev  - Təhsil Nazirliyi aparatının rəhbəri

Hüseyn Əliyev  - Təhsil nazirinin müşaviri

Samir Vəliyev  - Təhsil nazirinin müşaviri

Ağababa İbrahimov - Təhsil nazirinin müşaviri

Aydın Əhmədov- Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri

Fərzəli Qədirov - İnsan resursları şöbəsinin müdiri

Faiq Şahbazlı - Tədris resursları şöbəsinin müdiri

Sübhi Kazımov  - Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin müdiri

Rüfət Əliyev  - Pilot layihələrlə iş sektorunun müdiri

Emin Əmrullayev - Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri

Ənvər Abbasov - Təhsil Problemləri İnstitutunun direktor müavini

Müsabiqələrdə iştirakla bağlı Təşkilat Komitəsinə daxil olan müvafiq sənədlərin müəyyən edilmiş qaydada ekspertizasını aparan işçi qrupunun tərkibi təsdiq olunacaq.

Müsabiqələrin təşkili və keçirilməsi üzrə ümumiləşdirilmiş məlumatların, təqdimat və arayışların hazırlanması, habelə nəzərdə tutulan tədbirlərin icrası sahəsində əlaqələndiricilik funksiyasının yerinə yetirilməsi Təşkilat Komitəsinin üzvü, Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədova həvalə edilib.

 

Aysel Kərimova







29 Oktyabr, 2014  13:04 Baxılıb: 2049 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner